Səfəri
başa çatıb
Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa
Prezidenti Andjey
Dudanı hava limanında Azərbaycanın
Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin
müavini Nadir Hüseynov və digər rəsmi şəxslər
yola saldılar.
Azərbaycan.-
2019.-1 iyun.- S.4.