ADA Universitetində “Məzun günü 2019”

 

Mayın 31-də ADA Universitetində "Məzun günü 2019” keçirilib.

AZƏRTACxəbər verir ki, bu il ADA Universitetində 7 bakalavr 5 magistr ixtisası üzrə 406 nəfər tələbə məzun olub. Məzunlar arasında bu il Azərbaycandan başqa, 11 müxtəlif ölkə, o cümlədən Əfqanıstan, Baham adaları, Gürcüstan, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Moldova, Monteneqro, Nigeriya, Rusiya Federasiyası Türkiyə təmsil edilib.

Tədbir universitetdə təhsil alan, təmsil etdikləri dövlətlərin bayraqlarını gətirən əcnəbi tələbələrin marşı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

46 ölkəni təmsil edən beynəlmiləl mühit

 

Mərasimdə məzunlar adından Nərmin Babayeva (beynəlxalq münasibətlər ixtisası, bakalavr) Tərlan Abbasova (təhsil üzrə menecment ixtisası, magistr) çıxış edərək bu əlamətdar günün sevincini tədbir iştirakçıları ilə bölüşüblər.

ADA Universitetində tələbə həyatını əks etdirən videokadrlar qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, universitet tələbə, məzun, müəllim işçi heyəti 46 müxtəlif ölkəni təmsil edən beynəlmiləl mühiti, müasir tələbə şəhərciyi, fəal maraqlı tələbə həyatı, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlər, dünyanın 70 aparıcı universitetində təhsil mübadiləsi imkanı, məzunlar arasında 89 faiz məşğulluq göstəricisi ilə fərqlənir.

ADA Universitetində bakalavr pilləsi üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları sistem mühəndisliyi (bu ixtisas üzrə buraxılan sinfin hazırkı məşğulluq göstəricisi 100 faizdir), biznesin idarə olunması, iqtisadiyyat, dövlət ictimai münasibətlər, beynəlxalq münasibətlər tədris edilir. Magistr pilləsi üzrə diplomatiya beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA, Exectuive MBA, təhsil üzrə menecment tədris edilir.

 

Real mühitə tam hazır olan məzunlar

 

Tədbirdə ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bu ali təhsil müəssisəsində tədrisin real dünya təcrübəsinə əsaslandığını bildirib. Qeyd edib ki, ADA Universitetinin tələbələri tədris ənənələri, burada aldıqları təhsil sayəsində real dünyaya tam hazırlıqlı olurlar.

Mərasimdə məzun gününün xüsusi qonağı kimi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək ölkəmizdə elmin təhsilin inkişafına göstərilən böyük diqqət qayğıdan danışıb. "Xalqımızın gələcəyi sizdənhəm yerli tələbələrdən, həm xaricdən gələrək burada təhsil alan tələbələrdən asılıdır. Biz istəyirik ki, əcnəbi tələbələr öz ölkələrində Azərbaycanın necə olduğunu, Azərbaycanın haqqını təsdiq etsinlər”, - deyən Xalq yazıçısı Anar xalqımızın bundan sonra da xoşbəxt yaşayacağına əminliyini bildirib.

Tədbirdə Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev ali təhsil müəssisəsinin builki nailiyyətləri gələcək planları barədə danışıb. "Tələbələrin aldığı diplom onların yeni həyatına vəsiqədir”, - deyən rektor onların gələcək vəzifələrini sevgi ilə, vicdanla ən əsası məsuliyyətlə yerinə yetirəcəyinə ümidvar olduğunu deyib.

ADA Universitetinin 13 il əvvəl Azərbaycan Diplomatik Akademiyası kimi yaradıldığını xatırladan rektor Hafiz Paşayev qeyd edib ki, o zaman, ölkənin xarici siyasət sahəsində tələblərin artması savadlı, bacarıqlı kadrlara ehtiyac yaratmışdı.

"Fəaliyyətimizə başlayanda biz, necə diplomat yetişdirmək istədiyimizi tarixi nümunələrdən görürdük. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan diplomatiyasının banilərinin 1919-cu ildə Paris Sülh konfransında Cümhuriyyəti dünyaya tanıtmaqda göstərdikləri fədakarlıq xalqımız üçün məsuliyyətli yanaşmanın parlaq nümunəsidir. Daha müasir tariximizə nəzər salsaq, bugünkü müstəqil Azərbaycanın memarı Heydər Əliyev çətin dönəmdə xalqını böhrandan xilas etmək üçün fövqəl iradə heyrətamiz məsuliyyət göstərmiş gələcək nəsillərin fəxr edəcəyi bir dövlət qurmuşdur.

Şübhəsiz ki, hər hansı vəzifədə ölkəsini mükəmməl şəkildə təmsiletmə məsuliyyəti bu gün 12 müxtəlif ixtisas üzrə məzun olan tələbələrimizin üzərinə düşür”, - deyə Hafiz Paşayev bildirib.

 

Azərbaycan.- 2019.- 1 iyun.- S.5.