Baş Nazir Novruz Məmmədov
Aşqabadda MDB Hökumət
Başçıları Şurasının iclasında iştirak edib
Türkmənistan Prezidenti Azərbaycanın
Baş Nazirini qəbul
edib
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda səfərdədir.
AZƏRTAC xəbər verir ki, mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədovu qəbul edib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərində, o cümlədən ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Azərbaycanın Baş Naziri Novruz Məmmədov mayın 31-də Aşqabadda MDB Hökumət
Başçıları Şurasının iclasında iştirak edib.
Azərbaycan.-
2019.- 1 iyun.- S.5.