Magistrlərin I Beynəlxalq elmi konfransı keçirilib

 

Mayın 31-də iqtisadiyyat idarəetmə ixtisasları üzrə təhsil alan magistrlərin I Beynəlxalq elmi konfransı keçirilib.

"Fairmont Baku Flame Towers” hotelində təşkil olunan konfransda təhsil naziri Ceyhun Bayramov, təşkilat komitə sədrləri, millət vəkilləri, rektorlar, ictimaiyyət nümayəndələri digər qonaqlar iştirak ediblər. Konfransdan öncə iştirakçılar BMDM-in magistrlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Beynəlxalq konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov magistrləri I Beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edərək konfransın işində onlara uğurlar arzulayıb. UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində atdığı addımlardan danışan rektor universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən islahatlara diqqət çəkərək UNEC müəllimlərinin "Web of Science”də çap olunan məqalələrinin 76%-nin məhz son 4 ilin payına düşdüyünü bildirib. Rektor UNEC- iqtisadiyyat elminin aktual problemlərini araşdıran 26 tədqiqat mərkəzinin yaradıldığını, həmin mərkəzdə aparılan tədqiqatın nəticələrinin dünyaca məşhur Şpringer nəşriyyatında çap olunduğunu xüsusi vurğulayıb. Kitabın Şpringer nəşriyyatında iqtisadiyyat üzrə Azərbaycandan nəşr olunan ilk yeganə olduğunu diqqətə çatdırıb. Rektor magistr tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə UNEC- mükafatlandırma sisteminin yaradıldığından da söz açıb. Bildirib ki, impakt dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər. Ə.Muradov UNEC-in ikili diplom proqramlarına da toxunub. Yeni tədris ilindən UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə magistratura pilləsi üzrə ikili diplomu reallaşdıracağını deyən rektor həmin magistrlərin təhsil aldıqları müddətdə lisenziya əsasında ABŞ-da əmək fəaliyyəti ilə məşğul ola biləcəklərini deyib.

Təhsil naziri Ceyhun Bayramov bilik iqtisadiyyatı dövründə hərtərəfli dayanıqlı inkişafın təmin edilməsində elm təhsilin rolunun artdığını bildirib. İqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərinə toxunub. Strategiyanın hədəflərinə uyğun olaraq son 6 ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayında 20,8 faiz artım müşahidə edildiyini, 2018-ci ildə 41 mindən çox şəxsin tələbə adını qazandığını vurğulayıb. Nazir ali təhsilin hamı üçün əlçatan olmasının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayının 66 faiz təşkil etdiyini, hazırda magistratura səviyyəsində qəbul dinamikasında da artımın müşahidə olunduğunu bildirib. Nazir ölkədə elmi nəşrlərin keyfiyyətinin sayının artırılması istiqamətində ciddi addımlar atıldığına diqqət çəkərək, 2018-ci ildə Azərbaycanın Cənubi Qafqaz regionunda inkişaf dinamikasına görə lider olduğunu vurğulayıb.

UNEC-in Beynəlxalq Magistratura Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov bildirib ki, BMDM- 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılır. Mərkəzdə 1200-dək yerli əcnəbi magistrin təhsil aldığını deyən F.Əhmədov onların beynəlxalq elmi uğurları barədə danışıb. UNEC-in magistrlərinin 4 məqaləsinin "Web of Science”də indeksləşmiş jurnallarda dərc olunduğunu qeyd edib. F.Əhmədov konfransa yerli əcnəbi magistrlər tərəfindən 385 məqalənin təqdim edildiyini bildirib.

Plenar iclasda UNEC magistrləri 4 dildə təqdimatla çıxış ediblər.

Sonda təhsil naziri Ceyhun Bayramov magistrlərə sertifikatları təqdim edib.

Konfrans öz işini plenar iclaslarda davam etdirəcək. İyunun 2-dək davam edəcək konfransda iqtisadiyyat idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm xarici ölkələrdən olan gənclər bir araya gələrək magistr tədqiqatlarının nəticələrinin paylaşılması, elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

 

Azərbaycan.- 2019.-1 iyun.- S.6.