Xüsusi qayğıya
ehtiyacı olan uşaqlara və digər şəxslərə
göstərilən sosial
xidmətlərin genişləndirilməsi
üçün əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən
sosial xidmətlərin
(günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi
məqsədilə Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 iyun 2019-cu il
Azərbaycan. - 2019.- 2 iyun.- S.2.