“Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. altı
ay müddətində:
1.1.1. Azərbaycan
Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ümumi
təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.3. həmin
Qanunun 1.0.36-cı maddəsinə
uyğun olaraq, stasionar təhsilin təşkili qaydasını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.4. həmin
Qanunun 4.0.12-ci maddəsinə
uyğun olaraq, ümumi təhsil müəssisələri üçün
dərsliklərin, dərs
vəsaitlərinin və
digər tədris-metodik
vasitələrin hazırlanması
qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.5. həmin
Qanunun 12.8-ci maddəsinə
uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində
siniflər üzrə
şagird sıxlığı
normalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.6. həmin
Qanunun 12.13-cü maddəsinə
uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsi
təhsilalanlarının geyim
formalarının təsvirlərini
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.7. həmin
Qanunun 12.15-ci maddəsinə
uyğun olaraq, ümumi təhsil müəssisələrinin növlər
üzrə meyarlarını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.8. həmin
Qanunun 12.16-cı maddəsinə
uyğun olaraq, ümumi təhsil müəssisəsində mühafizə
xidməti təşkili
qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.9. həmin
Qanunun 13.10-cu maddəsinə
uyğun olaraq, tədris ilinin müddətini Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.1.10. həmin
Qanunun 13.29-cu maddəsinə
uyğun olaraq, ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin
həyata keçirilməsi
qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.11. həmin
Qanunun 18.3-cü maddəsinə
uyğun olaraq, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.12. həmin
Qanunun 29.5-ci maddəsinə
uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsinə
məxsus daşınmaz
əmlakın qorunması
və ərazisinin mühafizəsi ilə bağlı normativləri
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.13. həmin
Qanunun 30.2-ci maddəsinə
uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsini
maliyyələşdirmə normativlərini müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.14. həmin
Qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən
edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə səkkiz ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Ümumi
təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.10-cu, 1.0.36-cı, 4.0.12-ci,
6.2-ci, 6.4-cü, 6.5-ci, 8.2-ci, 9.2-ci, 12.8-ci, 12.9-cu, 12.10-cu,
12.13-cü, 12.15-ci, 12.16-cı, 13.5-ci, 13.9-cu, 13.10-cu, 13.19-cu, 13.22-ci
maddələrində, 13.27-ci maddəsinin ikinci cümləsində,13.28-ci
maddəsində, 13.29-cu maddəsinin
ikinci cümləsində
14.1-ci, 14.2-ci, 14.4-cü maddələrində,
15.3-cü maddəsinin ikinci
cümləsində, 16.10-cu, 17.1-ci,
17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 19.5-ci, 20.2-ci maddələrində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü, 26.3-cü,
26.6-cı, 27.1-ci, 27.2.4-cü, 27.3-cü maddələrində,
28.1-ci maddəsinin birinci
və ikinci cümlələrində, 29.5-ci, 30.2-ci,
30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini,
o cümlədən həmin
Qanunun 4.0.1-ci (ümumi
təhsil sahəsində
dövlət siyasətini
formalaşdırmaq üzrə),
4.0.2-ci, 4.0.3-cü, 4.0.4-cü və
4.0.8-ci (ümumi təhsilin
inkişafına ayrılan
dövlət büdcəsi
vəsaitinin həcmini
müəyyən etmək
üzrə) maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun 1.0.36-cı, 4.0.12-ci, 8.2-ci, 12.8-ci,
12.13-cü, 12.15-ci, 12.16-cı, 13.9-cu, 13.10-cu, 13.19-cu maddələrində,13.27-ci
maddəsinin ikinci cümləsində, 13.28-ci maddəsində,
13.29-cu maddəsinin ikinci
cümləsində, 14.1-ci, 16.10-cu,
17.1-ci, 17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 26.3-cü,
26.6-cı, 27.1-ci, 27.2.4-cü maddələrində,
28.1-ci maddəsinin ikinci
cümləsində, 29.5-ci, 30.2-ci,
30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
2.3. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarını
təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan
dövlət büdcəsi
vəsaitinin maliyyə
mexanizmlərini və
normativlərini müəyyən
etmək üzrə),
4.0.10-cu (dövlət və
bələdiyyə tərəfindən
yaradılan ümumi təhsil müəssisələrinin
nümunəvi nizamnaməsini
təsdiq etmək üzrə), 4.0.11-ci, 4.0.15-ci, 4.0.16-cı,
4.0.21-ci (ümumi təhsil
müəssisəsinin akkreditasiyası
və təhsilverənlərinin
sertifikatlaşdırılması qaydasını müəyyən
etmək üzrə),
4.0.22-ci (ümumi təhsil
müəssisəsində ödənişsiz
tibbi xidmətin təşkili qaydasını
müəyyənləşdirmək üzrə), 4.0.23-cü, 4.0.25-ci, 4.0.26-cı
(ümumi təhsil pilləsində təhsilalanların
yekun attestasiyasının
aparılması qaydasını
müəyyən etmək
üzrə), 4.0.27-ci və
4.0.31-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4-cü, 6.5-ci, 9.2-ci,
12.9-cu (tabeliyindəki ümumi
təhsil müəssisələrinə,
həmçinin Azərbaycan
Respublikası Prezidentinin
başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan
və ya paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin təklifi
əsasında onların
tabeliyində yaradılması
nəzərdə tutulan
ümumi təhsil müəssisələrinə münasibətdə),
12.10-cu, 13.5-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində,
15.3-cü maddəsinin ikinci
cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin
ikinci cümləsində,
22.2.4-cü, 27.3-cü maddələrində
və 28.1-ci maddəsinin
birinci cümləsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi nəzərdə
tutulur;
2.5. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarının
icrasına nəzarəti
həyata keçirmək
üzrə), 4.0.7-ci, 4.0.9-cu, 4.0.10-cu (bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin
nizamnamələrinə rəy
vermək üzrə),
4.0.12-ci, 4.0.13-cü, 4.0.14-cü, 4.0.17-ci, 4.0.18-ci, 4.0.19-cu,
4.0.21-ci (ümumi təhsil
müəssisəsinin akkreditasiyasını
və təhsilverənlərinin
sertifikatlaşdırılmasını həyata keçirmək üzrə), 4.0.24-cü, 4.0.26-cı (ümumi təhsil pilləsində təhsilalanların
yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının
aparılması qaydasını
müəyyən etmək
üzrə), 4.0.28-ci, 4.0.29-cu, 4.0.30-cu və 4.0.32-ci maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi həyata keçirir;
2.6. həmin
Qanunun 19.5-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə
tutulur;
2.7. həmin
Qanunun 12.9-cu və
20.2-ci maddələrində "orqan (qurum)” dedikdə tabeliyində ümumi təhsil müəssisələri olan
icra hakimiyyəti orqanları nəzərdə
tutulur;
2.8. həmin Qanunun 4.0.8-ci (ümumi təhsilin inkişafına
ayrılan dövlət
büdcəsi vəsaitinin
icrasına nəzarəti
təmin etmək üzrə) maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi, 4.0.20-ci maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi, 4.0.22-ci (dövlət
ümumi təhsil müəssisəsində tibbi
xidməti təmin etmək üzrə) maddəsində nəzərdə
tutulmuş vəzifəni
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
həyata keçirirlər;
2.9. həmin
Qanunun 4.0.9-cu, 4.0.13-cü, 4.0.18-ci,
4.0.24-cü və 4.0.32-ci maddələrində
nəzərdə tutulmuş
vəzifələri tabeliyində
ümumi təhsil müəssisələri olan
icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.10. həmin
Qanunun 4.0.26-cı (ümumi
təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri
üzrə təhsilalanların
biliyinin yekun attestasiyasını həyata
keçirmək üzrə)
maddəsində nəzərdə
tutulmuş vəzifəni
Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi həyata
keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 may 2019-cu il
Azərbaycan.- 2019.-2 iyun.-
S.5.