İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

 

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının milli bayramıRespublika Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi humanitar sahələrdə geniş səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoymuşdur.

İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2019-cu il.

 

Azərbaycan.- 2019.-2 iyun.- S.2.