Heydər Əliyev
Mərkəzinin parkında
“İnnoFest Village” təşkil
edilib
İyunun 1-də “İnnovasiya Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında
“İnnoFest Village” təşkil
olunub.
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “İnnoFest
Village”də İnnovasiyalar
Agentliyi tərəfindən
innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu
tətbiqlərinin nümayiş
olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə
zonası ilə təchiz edilmiş “Robopark” pavilyonunda olublar.
Bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən
gələcəyin yenilikçi
texnologiya mühəndislərinin
yetişməsinə töhfə
vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə
STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya,
Mühəndislik, İncəsənət,
Riyaziyyat) təhsil proqramları barədə
məlumatlar təqdim
edilir. Proqramın hədəfi peşə
seçimi mərhələsinə
gəlib çatmış
gənclərə özlərini
müxtəlif peşələrdə
sınamaqda, eləcə
də düzgün seçim etməkdə kömək olmaqdır.
Bundan başqa, “Azercell” şirkətinə məxsus
əyləncə zonasında
interaktiv oyunlar, şirkətin göstərdiyi
xidmətlərlə yanaşı,
internet təhlükəsizliyi ilə bağlı məlumatlar təqdim olunur.
Həmçinin Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən
“Azərmarka” MMC tərəfindən
keçirilən 1 iyun
– Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə
həsr olunmuş “Gələcək” mövzusunda
rəsm müsabiqəsinin
qalibləri də “İnnoFest Village”də elan edilib.
Birinci yerin qalibi 12 yaşlı Paşayev Əlcamal 300, ikinci yerin sahibi
12 yaşlı Aşımlı
Əli və 10 yaşlı Əbdurrəhimli
Ziya 200, üçüncü
yeri tutan 10 yaşlı Əliyeva Aylin isə 100 AZN məbləğində pul
mükafatı ilə
mükafatlandırılıb.
Qalibləri təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, onların
rəsmlərindən poçt
markaları hazırlanaraq
dövriyyəyə buraxılacaq.
“İnnoFest
Village” çərçivəsində, həmçinin “Baku Open Cyber Cup” kiber idman turniri
təşkil edilib.
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən
keçirilən turnirdə
“playstation” platformasında
iki oyun növü “PES 2019” üzrə
yarışlar olub. Turnirdə 15
yaşdan yuxarı şəxslər iştirak
ediblər. Hər bir
oyun növü üzrə seçilmiş
64 iştirakçı gücünü
sınayıb. Olimpiya sistemi
üzrə keçiriləcək
oyunlardan sonra qaliblər müəyyənləşdirilib.
Yarışın qalibləri pul
mükafatı ilə
təltif olunub.
“İnnoFest
Village” öz işini
sabah da
davam etdirəcək.
Azərbaycan.- 2019.- 2 iyun.- S.6.