Atletlər kəndində Olimpiya Günü

 

"Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına 50 gün qalması və Olimpiya Günü münasibətilə iyunun 1-də Bakıdakı Atletlər kəndində təntənəli mərasim və idman yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyinə həsr olunan tədbir "Baki 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən yarışa "Olimpiya mədəniyyəti və təhsil” proqramının iştirakçısı olan 500 məktəbli də qatılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, MOK baş katibinin müavini Azər Əliyev, "Bakı 2019” Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: "Bugünkü tədbirdə uşaqların iştirakı çox vacibdir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaq və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması münasibətilə təşkil olunan bu tədbirlər eyni günə təsadüf etməsindən məmnunluğunu bildirib: "Dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatı dərin məna və məzmuna malikdir. Məhz bu səbəbdən Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır”.

Təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən "Olimpiya mədəniyyəti və təhsil” proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. O, bildirib ki, belə beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafında, onların dünyagörüşünün formalaşmasında misilsiz rola malikdir.

Tədbirdə "Zirvələrə doğruidman kampaniyasına start verilib. Kampaniya çərçivəsində 13-16 yaşlı yeniyetmələr basketbol, velosiped idmanı, atletika, tennisüzgüçülük yarışlarında güclərini sınayacaqlar. Beş həftə ərzində federasiyaların hər biri bütün iştirakçılar üçün "açıq qapı” günləri elan edəcək.

Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ən yaxşı nəticə göstərən uşaqların "Bakı 2019”da iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanacaqlarını bildirib. O, idmanı sevən bütün uşaqların bu turnirə dəvət olunduğunu vurğulayıb. Qeyd edib ki, uşaqlar burada idmançılar, məşqçilərlə şəxsən tanış olaonlardan çox vacib məsləhətlər ala biləcəklər.

Tədbirdə atletika, basketbol, tennis, üzgüçülükvelosiped idman növləri üzrə milli federasiyalar həmin növlər üzrə interaktiv təqdimatlar edib.

Sonra müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi münasibətilə Atletlər kəndində kütləvi qaçış yarışı təşkil edilib. Avropa Gənclər Olimpiya Festivalının layihəsi olan "Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən və 49 təhsil müəssisəsini təmsil edən 500 məktəbli finiş xəttinə birinci çatmaq üçün yarışıblar.

Turnirin sonunda iştirakçılar və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyələri və diplomları ilə təltif olunub.

Tədbir çərçivəsində "Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblilərin Atletlər kəndinə ekskursiyası təşkil edilib. Uşaqlar festival zamanı Atletlər məskunlaşacaq idmançıların yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.

Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

 

Azərbaycan.- 2019.-2 iyun.- S.6.