Təbiətin dostları - Zolaqlı at

 

Zebr atlar fəsiləsinin atlar cinsinin yarımcinsidir. 3 növü var - dağ, səhra düzənlik zebri. Zebr əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır.

Əvvəllər zebrlər bütün Afrikada yayılmışdılar. Bu gün düzənlik zebralarına daha çox Sudan, Həbəşistan, Şərqi Afrika savannalarında, materikin cənubuna qədər olan ərazilərdə rast gəlinir. Səhra zebrləri isə Şərqi Afrikada, Keniyada, Həbəşistan Somalinin quru savannalarında yayılıb.

Zebrlərin daha çox yayılmış növü dağ zebrləridir. Onlara Namibiya Cənubi Afrikanın dağlarında bəzən 2000 metrə qədər yüksəkliklərdə rast gəlmək mümkündür.

Ən kiçik növləri dağ zebrləridir. Hündürlükləri 118-132 santimetrə, çəkiləri 204-257 kiloqrama çatır. Zebr balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlər su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebraların yanında qalırlar. Təhlükə zamanı zebrlər balalarını qorumaq üçün onları sürünün içərisinə doğru itələyirlər. Sürü qaçarkən balalar daim ortada olur analarına yaxın hərəkət edirlər.

Bir çox zebrlər gizlənməyə yer olmayan açıq otlaqlarda yaşayırlar. Buna görə həyatda qala bilmək üçün çox sürətlə qaçmağa məcburdurlar. Onların bütün bədən quruluşu məhz buna uyğunlaşıb. Uzun ayaqları, güclü əzələləri xeyli genişlənə bilən ağciyərləri var. Yorulmadan sürəti azaltmadan çox uzun məsafəyə qaça bilirlər. Zebrlərin sümükləri yüngül, amma güclüdür. Tez-tez su içirlər. Su olmayan bölgələrdə isə qoxu hissiyyatından istifadə edərək çuxur qazıb təmiz su tapırlar.

Zebrlərin heç birinin zolaqları digərləri ilə eyni deyil. Yəni hər zebrin özünəməxsus zolağı var. Alimlər düşünürlər ki, zebrlərin ulu babaları əslində qara rəngli olub. Onlardan bəzilərinin üzərində mutasiya nəticəsində yaranmış zolaqlar olan hissəni milçəklər dişləyə bilməyib. Daha sonra zebrlərin zolaqlı nəsli dominant olmağa başlayıb nəticədə indi onların hamısı ağ-qara zolaqlıdır. Bəs bu zolaqlar işə yarayır?

Heyvanların əsas müdafiə üsullarından biri kamuflyajdır. Zebrlərin zolaqları da kamuflyaj funksiyası yerinə yetirərək düşmənlərindən gizlənmələrini təmin edir. Zebrləri savannalardakı hündür otların içərisində ayırd etmək çətin olur, çünki zolaqlar otların kölgəsi kimi görünərək, heyvanın aydın seçilməsinə mane olur. Zebrlər birlikdə dayandığı zaman bu zolaqlar səbəbindən yırtıcı heyvanlar sürünü bütöv görür, buna görə ovlamaq istədikləri heyvanı ayırd etməkdə çətinlik çəkirlər. Beləliklə, zebrlər düşmənlərindən qorunurlar.

Həmçinin bu ağ-qara zolaqlar zebrləri qansoran xəstəlik daşıyan ağcaqanadlardan da qoruyur. Alimlər bu ağcaqanadların üfüqi xətt üzrə düşən işıqdan təsirləndiyini aşkar ediblər. Ağcaqanadlar suyun üzərində olan yarpaqlara sürfə qoyurlar. Suda əks olunan üfüqi işıqlar ağcaqanadı su yerinə, yarpağa yönləndirir. Ağcaqanad zebrin zolaqlarını bu işıqlara bənzədərək su olduğunu düşünür ona yaxınlaşmır.

Zebr zolaqlarının başqa bir xüsusiyyəti tanınmalarını təmin etməsidir. Hər bir insanın barmaq izi fərqli olduğu kimi, zebrlərin zolaqları da bir-birindən fərqlidir. Zebrlər bir-birini, eləcə balalar anasını özünəməxsus zolaqlarından qoxularından tanıyırlar.

 

İngiltərənin Bristol Universitetində aparılan araşdırmanın nəticəsinə görə isə zebrlərin dərilərinin zolaqlı olması onları ölümcül xəstəlik daşıyan at milçəklərindən qoruyur. Araşdırma zamanı atların üzərinə zebra naxışlı örtüklər atılıb. At milçəkləri həmin atlara yaxınlaşan kimi onun üzərinə qonmaqdan vaz keçiblər. Bununla da zolaqların hansı işə yaradığı ortaya çıxıb.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.-2 iyun.- S.8.