Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycanın hökumətinə və xalqına səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının istək və arzularına uyğun olaraq daha möhkəmlənəcək və inkişaf edəcək.

Sizə ölkənizin xalqının firavanlığı və rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Hörmətlə,

 

Çoe Ryonq Hae

Koreya Xalq Demokratik Respublikası

Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri.

 

Azərbaycan.- 2019.- 4 iyun.- S.2.