Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. "Biz - xalqlarşüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Antonio QUTERREŞ,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi

 

Azərbaycan.- 2019.- 5 iyun.- S.1.