Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

 

İyunun 4-də Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının cari ildə ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib, gənclərin məşğulluq, xaricdə təhsil, “GəncLik” və “YayFest” proqramları barədə fikir mübadiləsi aparılıb, 2019-cu ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsi dinlənilib.

Sonra Gənclər Fondunun cari il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyənləşdirilib və müsabiqənin elan olunması qərara alınıb.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Müşahidə Şurasının üzvləri – Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 5 iyun.- S.7.