Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
12-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000,
¹ 4 (I kitab), maddə
250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə
420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə
415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə
68, ¹ 3, maddə 225, ¹ 5, maddə
387, ¹ 6, maddə 478, ¹ 8, maddə
657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə
560, ¹ 8, maddə 745, ¹ 10, maddə
937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr
1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə
602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə
295, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr
265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə
750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə
403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə
620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr
1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə
254, ¹ 5, maddə 512, ¹ 7, maddə
814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2 (I kitab), maddələr 186, 204, ¹ 3, maddə
401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə
1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2,
maddələr 151, 153; ¹ 4, maddə
524, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə 1035, ¹ 11, maddə
1953, ¹ 12 (I kitab), maddələr
2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr
845, 851, ¹ 11, maddə 2212, ¹ 12 (I kitab), maddələr 2467,
2518, 2526, 2533; 2019, ¹ 1, maddələr 23,
50; Azərbaycan Respublikasının
2019-cu il 23 aprel tarixli 1566-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 850.1-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"850.1. Yük
daşınması müqaviləsinə
görə daşıyıcı
yükü haqq (yüklərin daşınması
üçün haqq)
müqabilində olduğu
yerdən təyinat yerinə daşımağı,
yük göndərən,
yükü alan və ya onların
səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın
dəyərini ödəməyi
öhdəsinə götürür.”.
2. 851-ci maddə üzrə:
2.1. adına
"yük alan” sözlərindən sonra
". Daşıyıcı” sözü əlavə edilsin;
2.2. mətnində
"daşıyıcı ilə müqavilə bağlayan” sözləri
"adından yük
göndərilməsi rəsmiləşdirilən
fiziki və ya hüquqi” sözləri ilə əvəz edilsin;
2.3. aşağıdakı
məzmunda üçüncü
və dördüncü
cümlələr əlavə
edilsin:
"Yük alan əqd
əsasında yüklərin
alınmasına səlahiyyətli
fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı
müqavilə əsasında
və haqq müqabilində yükün
olduğu yerdən təyinat yerinə daşınmasını həyata
keçirən və
mülkiyyət, icarə
və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik
olan fiziki və ya hüquqi
şəxsdir.”.
3. Aşağıdakı
məzmunda 853.1-1-ci maddə
əlavə edilsin:
"853.1-1. Yük
göndərən yükün
daşınması müqaviləsinin
lazımınca icrası
üçün yükə
aid olan sənədləri
və digər məlumatları daşıyıcıya
təqdim etməlidir.”.
4. 861-ci maddənin
mətni 861.1-ci maddə
hesab edilsin və aşağıdakı
məzmunda 861.2-ci maddə
əlavə edilsin:
"861.2. Ekspeditora
qarşı yaranan tələblər üzrə
iddia müddəti iddia qaldırmaq hüququ yarandığı
andan bir il təşkil edir. Ekspeditora qarşı iddia
qaldırılmazdan əvvəl
ona yazılı formada pretenziya verilməsi məcburidir.
Pretenziya
iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya
cavab vermədikdə,
ona qarşı məhkəmədə iddia
qaldırıla bilər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 may 2019-cu il
Azərbaycan.- 2019.-5 iyun.- S.4.