“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin
edilməsi ilə bağlı bir sıra
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasında icbari
tibbi sığortanın
tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12, maddə
2575) 2-ci hissəsinə "Talassemiya Mərkəzi” sözlərindən sonra
"B.Ə.Eyvazov adına
Elmi-Tədqiqat Hematologiya
və Transplantologiya İnstitutu, K.Y.Fərəcova
adına Elmi-Tədqiqat
Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutu,
Elmi-Tədqiqat Mamalıq
və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat
Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzi” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyun 2019-cu il
Azərbaycan.- 2019.-5 iyun.- S.4.