“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli
354 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 11, maddə
2267) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı
məzmunda 3.1-1-ci bənd
əlavə edilsin:
"3.1-1. həmin
Qanunun 13.1-ci maddəsinin
birinci, ikinci, üçüncü cümlələrində,
13.4-cü maddəsində və
15.3-cü maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir.”;
1.2. 3.2-ci bəndə
"Milli Televiziya və Radio Şurası” sözlərindən sonra
", "müvafiq icra
hakimiyyəti orqanları”
dedikdə mədəni-kütləvi
tədbirin keçirilməsi
barədə afişalara
və digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə
və digər sənədlərə münasibətdə
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
internet informasiya ehtiyatları
vasitəsilə yayımlanan
kino, televiziya və videofilmlərə
(o cümlədən animasiya
filmlərinə), kompüter
oyunlarına və digər elektron oyunlara münasibətdə
Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi, mətbu nəşrlərə
və digər informasiya məhsullarına
münasibətdə isə
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri əlavə
edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyun 2019-cu il
Azərbaycan.- 2019.- 5 iyun.- S.4.