Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 4, maddə
258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə
532, ¹ 8, maddə 618, ¹ 10, maddə
776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə
717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə
891; 2012, ¹ 8, maddə 787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr
1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr 1027, 1062; 2015, ¹ 2, maddə 121, ¹ 5, maddələr
521, 543, ¹ 9, maddə 989; 2016, ¹ 2 (II kitab), maddə 228, ¹ 3, maddə 470, ¹ 5, maddələr
869, 879, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə
1816; 2017, ¹ 2, maddələr 173, 185, ¹ 5, maddələr 776, 817, ¹ 8, maddə
1521; 2018, ¹ 2, maddə 189, ¹ 3, maddə 449, ¹ 4, maddələr
662, 682, ¹ 8, maddə 1688, ¹ 9, maddə 1840, ¹ 10, maddə
1985, ¹ 11, maddə 2264, ¹ 12 (I kitab), maddələr 2565,
2585) ilə təsdiq edilmiş "Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 8.19.2-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
8.19.3-cü yarımbənd əlavə edilsin:
"8.19.3. gömrük
sərhədini keçən
fiziki şəxslər
barədə gömrük
qanunvericiliyinin pozulmasına
dair əməliyyat məlumatı olduqda həmin məlumatların,
habelə gömrük
qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinə
görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi tərəfindən
aparılan cinayətlərə
görə məhkumluğu
olan şəxslər
barədə məlumatların
"Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na
daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların
aktiv statusunun dəyişdirilməsi.”;
1.2. 12.6-1.1-ci yarımbəndə
"müvəqqəti aparan”
sözlərindən sonra
", həmçinin bu
Əsasnamənin 8.19.3-cü yarımbəndində nəzərdə
tutulan” sözləri əlavə edilsin;
1.3. aşağıdakı
məzmunda 12.6-1.1.3-cü yarımbənd
əlavə edilsin:
"12.6-1.1.3. bu Əsasnamənin
8.19.3-cü yarımbəndində nəzərdə tutulan fiziki şəxslərə
gömrük nəzarəti
formalarının tətbiq
edilməsi;”.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
4. Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsi
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti ilə birlikdə bu Fərmanın icrası ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyun 2019-cu il
Azərbaycan.- 2019.-5 iyun.- S.4.