“Şəhər və rayonlar üzrə vergi
orqanlarının xətti ilə dövlət büdcəsinə
nəzərdə tutulan daxilolmalardan
büdcə ilinin sonuna
artıq daxil olan vəsaitin
müəyyən hissəsinin həmin şəhər və
rayonların sərəncamında saxlanılması və
istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
2019-cu il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 17-ci hissəsinə
əsasən qərara
alıram:
1. "Şəhər
və rayonlar üzrə vergi orqanlarının xətti
ilə dövlət büdcəsinə nəzərdə
tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin
müəyyən hissəsinin
həmin şəhər
və rayonların sərəncamında saxlanılması
və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyun 2019-cu il
Azərbaycan.- 2019.-5 iyun.-
S.4.