“DOST” mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı "DOST” mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, müraciəti paytaxtın Yasamal rayon sakini Zümrüd Şıxıyeva edib. Vətəndaş I dərəcə əlilliyi olan insana qulluq edən şəxs kimi ona Prezidentin aylıq təqaüdünün təyin olunması ilə bağlı "DOST” mərkəzinin xidmətindən faydalanıb. 5000-ci müraciətin sahibi olan Z.Şıxıyevaya bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə simvolik hədiyyələr təqdim edilib. Z.Şıxıyeva dövlət sosial xidmətlərini "bir pəncərə”dən, operativ şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb. 2019-cu il mayın 9-da açılışı olan 1 saylı "DOST” mərkəzi Bakı şəhərinin Yasamal Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 350-dən çox vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə "DOST regional proqramı”na əsasən Bakıda respublikanın regionlarında 31 "DOST” mərkəzinin açılması nəzərdə tutulub.

 

Azərbaycan.- 2019.- 5 iyun.- S.7.