Türkiyənin gənclik və idman
bayramı Gəncədə də qeyd edilib
Gəncədə - Atatürkü anma, Gənclər və İdman Bayramı Günü qeyd edilib. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş Konsulluğunun binası önündən Xan bağına yürüş ediblər.
Parkda günün mahiyyətini simvolizə edən çinar ağacı əkilib. Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bu əlamətdar günün əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk "Bandırma” (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş müharibəsinin başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin 19 may 1919-cu il Türkiyə tarixində Qurtuluş savaşının başlanğıcı hesab edilir.
Çıxış edənlər iki dövlət arasında tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-gündən möhkəmləndiyini vurğulayıblar.
Tədbirdə
Gəncə Dövlət Filarmoniyasının solistləri və
Gəncə Dövlət Dram
Teatrının aktyorları çıxış ediblər.
Şəhərdə fəaliyyət göstərən
uşaq-gənclər idman-şahmat məktəblərinin
idmançılarının nümunəvi
çıxışları izlənilib.
Azərbaycan.-
2019.- 8 iyun.- S.5.