Vaşintonda keçirilən forumda Azərbaycanda texnologiyaların inkişafı müzakirə edilib

 

Texnologiya üzrə Amerika Şurası (ACT) və Sənaye Məsləhətçi Şurasının (IAC) birgə təşkilatçılığı ilə Vaşinqton şəhərində "2019 Yeni Yaranan Texnologiyalar Forumu" keçirilib.

ABŞ hökumətinin yüksək vəzifəli dövlət rəsmilərinin və texnologiya və innovasiya sahəsində aparıcı şirkətlərin, həmçinin, Vaşinqton şəhərindəki diplomatik korpus nümayəndələrinin geniş təmsil olunduğu tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Ölkələrin yeni texnologiya çağırışlarına yanaşmaları" mövzusunda paneldə əsas məruzəçi qismində çıxış edib.

Səfir Elin Süleymanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi siyasətin mühüm elementləri innovasiyalar və bilik iqtisadiyyatının irəlilədilməsi olduğunu vurğuladı. Azərbaycanın tarixən innovasiyalara meylli açıq ölkə olduğunu qeyd edən diplomat dünyada neftin sənaye üsulu ilə hasilatının, Müsəlman şərqində qadınlara ilk dəfə seçki hüququnun verilməsinin Azərbaycanla baş verdiyini ölkədə əzəldən innovasiya ruhunun olduğunu qeyd etdi.

Diplomat Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın, biznesin aparılması üçün ən əlverişli mühitin yaradılması indeksi üzrə ötən il ilə müqayisədə ümumi sıralamada 32 pillə irəliləyərək, 190 ölkə içərisində 25-ci yerə yüksəldiyini, ən çox tərəqqi etmiş 10 ölkənin sırasında rekord sayda islahat etmiş ölkə olduğunu vurğulamışdır. Səfir struktur islahatların davamı ölkəmizin innovasiyaların inkişafı sahəsində əldə etdiyi uğura misal olaraq, "ASAN Xidmət"i xüsusi qeyd etmiş, Azərbaycanın "ASAN" modelinin artıq Əfqanıstanda tətbiq edildiyini bildirmişdir. Dövlətin innovasiya sahəsinin inkişafına ayırdığı diqqətin göstəricisi olaraq, yeni yaradılmış İnnovasiya Agentliyi, həmçinin müvafiq innovasiya ekosisteminin fəaliyyəti üçün vacib elementlər olan inkubatorlar akseleratorların təşəkkül tapdığını vurğulamışdır. Uğurlu tədbirlərə nümunə olaraq, 2018-ci ildə Bakı şəhərində təşkil edilmiş beynəlxalq İnnovasiya Həftəsi misal göstərildi tədbir çərçivəsində dünyada bir ilkə imza atılaraq, robot Sofiyaya viza verildiyi bildirildi. Səfir həmçinin, ötən ilin noyabr ayında ABŞ dünyanın qabaqcıl innovasiya, startap təhsil mərkəzlərindən biri olan Boston şəhərində 1-ci "ABŞ - Xəzər İnnovasiya Forumu"nun uğurla keçirildiyini xüsusi qeyd etdi bildirdi ki, bu tipli tədbirlər iki ölkənin startap icmaları arasında əlaqələri canlandırır.

Mobil texnologiyaların internet şəbəkəsinin ölkəmizdə geniş yayıldığını bildirən səfir, texnologiyaların inkişafının təbii olaraq kibertəhlükələr əlaqədar fəsadlar yaratdığını bu xüsusda Azərbaycan hökumətinin onlayn kiber-təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirdiyini bildirdi. Səfir eyni zamanda xüsusi vurğulamışdır ki, bəzi hallarda transmilli təhdidlər yaradan qüvvələr, o cümlədən radikal ekstremist qruplar öz məqdsədlərinə nail olmaq üçün onlayn resurslardan istifadə edirlər bu baxımdan hər bir dövlət öz təhlükəsizliyi ilə bağlı vəzifələrini yerinə yetirməlidir.

Səfir Süleymanovla yanaşı sözügedən paneldə ABŞ Dövlət Katibinin kiber kommunikasiyalar informasiya siyasəti üzrə köməkçisinin müavini səfir Robert Ştreyer, Bəhreyn Krallığının, Sinqapurun Estoniyanın ABŞ-dakı səfirləri çıxış etmişlər. Forum çərçivəsində süni intellekt, blokçeyn texnologiyaları və kriptovalyutalar, yeni texnologiyalar üçün milli və beynəlxalq tənzimləyici çərçivələr, həmçinin, kibertəhlükəsizlik məsələləri geniş müzakirə edilmiş, dövlət və özəl sektordan bir sıra tanınmış simalar məruzələrlə çıxış etmişlər. Qeyd etmək lazımdır ki, yeni texnologiyalarinnovasiyalar sahəsində ABŞ-da keçirilən ən mötəbər tədbirlərdən biri olan sözügedən Forum çərçivəsində texnologiya sahəsində dövlət-özəl sector çərçivəsində uğurlu əməkdaşlıq misalı olan ACT-IAC tərəfdaşlığının 40-cı ildönümü qeyd edilib.

 

Azərbaycan.- 2019.-9 iyun.- S.2.