Sankt-Peterburqda Azərbaycan-Rusiya
biznes dialoqu təşkil edilib
23-cü Sankt-Peterburq
Beynəlxalq İqtisadi
Forumu çərçivəsində
Azərbaycan-Rusiya və
Rusiya-Azərbaycan işgüzar
şuralarının dəstəyi,
Azərbaycanın İqtisadiyyat
naziri Şahin Mustafayevin və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirakı ilə iş adamları arasında biznes dialoq keçirilib.
AZƏRTAC xəbər
verir ki, Ş.Mustafayev Azərbaycan-Rusiya
və Rusiya-Azərbaycan
işgüzar şuralarının
biznes dairələri arasında əlaqələrin
genişləndirilməsində önəmini qeyd edib. Ticarət əlaqələrinin
Azərbaycan-Rusiya iqtisadi
əməkdaşlığının əsas istiqamətlərindən
olduğunu vurğulayan
nazir Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından
olduğunu və qeyri-neft məhsullarının
ixracına görə
birinci yeri tutduğunu diqqətə çatdırıb: "Ötən
il Rusiya ilə ticarət dövriyyəsi əvvəlki
illə müqayisədə
19 faiz artaraq 2,5 milyard dollara
çatıb. Bu ilin yanvar-aprel aylarında isə ticarət dövriyyəsinin 23 faizlik
artımına nail olunub.
Azərbaycan Rusiyanın Cənubi
Qafqazda əsas ticarət tərəfdaşıdır.
Keçən il Rusiyanın
Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43 faizi Azərbaycanın payına
düşüb”.
"Ölkələrimiz
arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi
potensialı böyükdür
və bu məqsədlə tədbirlər
davam etdirilir. Belə
ki, Rusiyada Azərbaycanın ticarət
nümayəndəliyi fəaliyyət
göstərir, ticarət
evləri mexanizmi tətbiq olunur”, - deyə Ş.Mustafayev bildirib.
Nazir işgüzar əlaqələrin
genişləndirilməsində iqtisadi-ticarət əməkdaşlığının
aktual məsələləri
üzrə İşçi
Qrupunun, Bakıda açılmış Rusiya
İxrac Mərkəzinin
nümayəndəliyinin fəaliyyətini,
bu ilin martında
"Qazprombank”ın Azərbaycana
investisiya imkanlarına
dair keçirilmiş
biznes seminarın önəmini qeyd edib. Bununla yanaşı,
Azərbaycan məhsulları
"Made in Azerbaijan” vahid stendi
ilə Rusiyada keçirilən "Worldfood”,
"Prodexpo”, "MosBuild
2019” sərgilərində nümayiş
olunub, Rusiyaya ixrac missiyaları təşkil edilib, ötən ilin mayında Həştərxanda
Azərbaycan İş
Mərkəzi açılıb.
Bu il Sankt-Peterburq və Yekaterinburq şəhərlərində
2 Azərbaycan şərab
evinin açılması
gözlənilir.
"Bundan
başqa, hazırda Rusiyada "Azərbaycan nemətləri” mağazalar
şəbəkəsinin yaradılması
layihəsi həyata keçirilir. Layihə çərçivəsində
ilk mağaza bu ilin martında Moskvada açılıb.
Rusiyanın digər şəhərlərində
də bu cür mağazaların açılması planlaşdırılır”,
- deyə o qeyd edib.
Ş.Mustafayev deyib:
"Ölkəmiz Rusiya
ilə sənaye, investisiya sahələrində
də səmərəli
əməkdaşlıq həyata
keçirir. Bu baxımdan,
"SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq
müəssisəsinin yaradılması,
Gəncə Avtomobil Zavodunun Rusiyanın "Kamaz” və "Ural” zavodları ilə əməkdaşlığı, "Azərmaş” və
"QAZ” şirkətləri arasında birgə layihələrin həyata
keçirilməsi qarşılıqlı
sərmayə yatırılması
sahəsində əhəmiyyət
kəsb edir”.
M.Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu,
ölkələrimiz arasında
yüksək səviyyəli
siyasi-iqtisadi münasibətləri
diqqətə çatdırıb,
hazırda müxtəlif
sahələrdə çoxşaxəli
layihələri vurğulayıb.
Rusiyalı nazir qeyd edib
ki, iki ölkə
arasında iqtisadi-ticarət
əməkdaşlığının inkişafı üçün
böyük imkanlar var və bu
müsbət meyilin gücləndirilməsi üçün
səylər daha da artırılacaq, bu gün təşkil
edilən biznes dialoq işgüzar əlaqələrin inkişafına
öz töhfəsini
verəcək.
O, ölkəsinin
Azərbaycandan kənd
təsərrüfatı məhsullarının
ixracını artırmaq
niyyətini diqqətə
çatdırıb, iş
adamlarını yaradılmış
imkanlardan daha səmərəli istifadə
etməyə dəvət
edib.
Azərbaycan-Rusiya İşgüzar
Şurasının idarə
heyətinin sədri Səməd Qurbanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Rusiya Prezidentinin sahibkarların hüquqları
üzrə səlahiyyətli
nümayəndəsi Boris Titov,
AZPROMO-nun rəhbəri vəzifəsini
icra edən Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar
Şurasının sədri
Aleksey Repik və digər şəxslər
qarşılıqlı iqtisadi
əməkdaşlığın əhəmiyyətini qeyd edib, əlaqələrin genişləndirilməsi imkanları
barədə fikirlərini
bölüşüblər.
İclas çərçivəsində biznes dairələri arasında əlaqələrin
genişləndirilməsi imkanları
müzakirə olunub.
Azərbaycan.- 2019.- 9 iyun.- S.4.