Azərbaycan UNESCO-nun Hökumətlərarası
Komitəsinə üzv seçilib
Parisdə UNESCO-nun baş
qərargahında keçirilən
“Mədəni Özünüifadə
Müxtəlifliyinin Qorunması
və Təşviqi haqqında” Konvensiyanın
Tərəflərinin Konfransının
7-ci sessiyasında ölkəmiz
mədəniyyət nazirinin
müavini Sevda Məmmədəliyevanın rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə təmsil olunub.
Sessiyanın sonuncu günündə
2019–2023-cü illər üçün
“Mədəni Özünüifadə
Müxtəlifliyinin Qorunması
və Təşviqi haqqında” Konvensiyanın
Hökumətlərarası Komitəsinə seçkilər
keçirilib.
Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə
4 illik üzv seçilib.
Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə
Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina
Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv
ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan
Hökumətlərarası Komitənin əsas funksiyası
2005-ci ildə qəbul olunmuş
Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.
Azərbaycan.- 2019.- 11 iyun.- S.5.