Fransada ölkəmizin gender bərabərliyi
sahəsindəki nailiyyətlərindən
danışılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə Fransa Səhiyyə və Həmrəylik Nazirliyinin qadın hüquqları və gender bərabərliyi xidmətinin rəhbəri Elen Furnon-Petresku və bu ölkənin keçmiş gender bərabərliyi naziri Nikol Amelin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Görüşlərdə Azərbaycanda qadın hüquqlarının müdafiəsi, qadınlar üçün yaradılmış şərait, eləcə də gender bərabərliyi sahəsində əldə edilmiş nailiyyətlər fransalı mütəxəssislər tərəfindən alqışlanıb, bu sahədə ölkələrimiz arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Hökumətimizin qadın məsələləri üzrə hesabatlarının təqdirəlayiq olduğu bildirilib, Azərbaycanın qadın siyasəti digər ölkələrə nümunə kimi dəyərləndirilib. Qadın məsələləri ilə məşğul olan Assosiasiyaların fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Fransa Səhiyyə və Həmrəylik
Nazirliyinin qadın hüquqları və gender bərabərliyi xidmətinin rəhbəri
Elen Furnon-Petresku, eləcə
də Nikol Amelin
qadın məsələləri sahəsində ikitərəfli
əməkdaşlığın, görüşlərin daha da gücləndirilməsinin
və təcrübə mübadiləsinin vacibliyini qeyd ediblər.
Azərbaycan.- 2019.- 11 iyun.- S.5.