Dağlıq Qarabağın azərbaycanlı icması
beynəlxalq təşkilatlara daha bir çağırış ünvanlayıb
Ermənilərin işğalı altında olan ərazilərdə Azərbaycan
xalqının milli irsinin
məhv edilməsinə göz
yummayın!
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağırış ünvanlayıb. Sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan video müraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.
Video müraciətdə Azərbaycan
xalqının multikulturalizm ənənələrinə
sadiq qaldığı vurğulanaraq
bildirilir ki,
Bakının mərkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub
saxlanıldığı halda Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində
və işğal altında olan ətraf rayonlarda
tarixi, mədəni, dini
abidələr məhv edilir, qədim məscidlərin
üzərilərindəki daş kitabələr
dəyişdirilərək onların tarixi
saxtalaşdırılır. Ermənilər hətta XIX əsrdə
Şuşada rus hərbçiləri
üçün tikilmiş
pravoslav kilsəsinin arxitekturasını dəyişərək
özününküləşdiriblər. Beynəlxalq
təşkilatların və onların rəhbərlərinin
ünvanlarına göndərilən müraciətdə əsas
məqsəd diqqəti ermənilərin vandal
hərəkətlərinə yönəltmək, işğal altında olan
ərazilərimizdə tarixi, mədəni
abidələrimizin dağıdılmasına son
qoymağa nail olmaqdır.
Azərbaycan.- 2019.- 11 iyun.- S.6.