Georgi Sereteli: “ATƏT PA Azərbaycan ilə əlaqələrin
daha da dərinləşməsinə
böyük maraq
göstərir”
İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın ATƏT ilə əməkdaşlığın daha da dərinləşməsinə önəm verdiyini deyib. O bildirib ki, Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.
Görüşdə Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. O, həmçinin qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.
Georgi Tsereteli ölkəmizdə olmasından məmnunluğunu
bildirərək qeyd edib
ki, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın
dərinləşməsində belə
qarşılıqlı səfərlər mühüm
rol oynayır. O əlavə edib ki, ATƏT PA Cənubi
Qafqazın bu bölgəsi ilə əlaqələrin
daha da dərinləşməsinə
böyük maraq
göstərir. ATƏT məkanında mövcud
problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacib
məsələlərdəndir. ATƏT PA-nın prezidenti ümidvar olduğunu bildirib ki, təmsil etdiyi təşkilat
bu sahədə səylərini gələcəkdə
də əsirgəməyəcək.
Qonaq Gürcüstan və Azərbaycan xalqları arasında əsrlərboyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı barədə danışıb və tədbirin əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin Sədr müavini,
ATƏT PA-da nümayəndə heyətimizin
rəhbəri Bahar Muradova
da iştirak edib.
Azərbaycan.-
2019.- 12 iyun.- S.3.