Bakıda keçirilən Beynəlxalq Memarlıq Forumu öz işini yekunlaşdırıb

 

İyunun 11-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlıq Forumu çərçivəsində Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbədənkənar Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiq olunduqdan sonra BMİ-nin fəaliyyəti barədə təşkilatın prezidenti Tomas Vonyenin hesabatı dinlənilib.

Tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri və BMİ-nin Şura üzvü Elbay Qasımzadə çıxış edərək Bakıya gəlib bu tədbirlərdə iştirak etdiklərinə görə assambleya üzvlərinə təşəkkürünü bildirib. O, əminliklə qeyd edib ki, qonaqlar öz vətənlərinə ölkəmizlə bağlı yaxşı təəssüratlarla qayıdacaqlar.

Sonra BMİ-nin keçmiş prezidenti Esa Mohamedin, eləcə də təşkilatın Baş katibi Serban Tiganasın hesabatları dinlənilib.

Toplantı zamanı BMİ-nin tərkibini müəyyən edən beş regionun vitse-prezidentləri çıxış edərək təmsil etdikləri region üzrə üzv ölkələrin memarlar birliklərinin fəaliyyəti barədə məruzələrlə çıxış ediblər.

Daha sonra BMİ-nin maliyyə hesabatı barədə məlumat verilib.

Beynəlxalq Memarlar İttifaqının Memarlıq təhsili komissiyasının fəaliyyəti barədə Maqda MostafaMarilis Nepomeçye, Peşəkarlıq praktikası komissiyasının fəaliyyəti barədə Ceyms RaytÇjuan Veymin, Beynəlxalq müsabiqələr komissiyasının fəaliyyəti barədə Regina QontyerYeji Qroxulski, Dayanıqlı inkişaf məqsədləri komissiyasının fəaliyyəti barədə Natali Mossinİştiyaq Zahir hesabatlarla çıxış ediblər.

Tədbirdə həmçinin BMİ-nin işçi proqramlarının fəaliyyəti barədə hesabatlar da dinlənilib.

UNESCO-nun Ümumdünya Memarlıq Paytaxtı, 2020-ci ildə Rioda keçiriləcək XXVII Ümumdünya Konqresi və 2023-cü ildə Kopenhagendə keçiriləcək XXVIII Ümumdünya Konqresi barədə məlumatla tanış olan Assambleya üzvləri müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.

Fasilədən sonra BMİ-nin ümumi siyasəti və inkişaf konsepsiyası barədə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Sonra Nizamnamə üzrə təftiş komissiyasının hesabatı dinlənilərək səsə qoyulub.

Səsvermədən sonra 2021-ci ildə beynəlxalq forumun keçirilməsi üçün namizədlikləri irəli sürülmüş ər-Riyad və Madrid şəhərlərinin təqdimatı və səsverməsi olub.

Assambleya üzvləri Bakıda keçirilən "Tarixi şəhərlərdə kütləvi turizmmövzusunda forumun əhəmiyyətini vurğulayaraq ilk forumun Bakıda yüksək səviyyədə keçirilməsinin sonrakı forumları qəbul edəcək şəhərlər üçün gözəl nümunə olduğunu və Bakıya Beynəlxalq Memarlar İttifaqının "Memarlıq Forumu şəhəri-2019” statusunun verildiyini qeyd ediblər.

Bununla da "Tarixi şəhərlərdə kütləvi turizmmövzusunda Beynəlxalq Memarlıq Forumu öz işini yekunlaşdırıb.

Qeyd edək ki, forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, BMİ-nin iştirakı ilə reallaşıb.

 

Azərbaycan.- 2019.-12 iyun.- S.4.