Bakıda “TransCaspian”
və “Road & Traffic” nəqliyyat
sərgiləri keçirilir
Dünən Bakı
Sərgi Mərkəzində
XVIII Xəzər Beynəlxalq
Nəqliyyat, Tranzit və Logistika - "TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - "Road & Traffic 2019” sərgiləri açılıb.
Açılış mərasimində çıxış
edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə
sərgilərin əhəmiyyətini
vurğulayıb. Qeyd edib ki, son illər Azərbaycanın
nəqliyyat infrastrukturunda
mühüm layihələr
həyata keçirilir,
ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli translogistika
layihələrinin iştirakçısıdır.
Nazir bildirib ki, "TransCaspian 2019” sərgisi Xəzəryanı
regionun aparıcı nəqliyyat tədbirlərindən
biri olmaqla yanaşı, dəmir yolu, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları
ilə kommersiya təşkilatlarını bir
araya gətirib.
"Iteca Caspian” şirkətinin direktoru Edvard Stroon isə
deyib ki, builki sərgidə 10 ölkədən 75 şirkət
iştirak edir: "Bu
il "TransCaspian” sərgisində Azərbaycan,
Belarus, Rusiya, Türkiyə,
Ukrayna və bir sıra digər
ölkələri təmsil
edən şirkətlər
öz məhsul və xidmətlərini təqdim edir. Hər il sərgidə
"Azərbaycan Dəmir
Yolları” QSC, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aparıcı dövlət strukturları,
həmçinin kommersiya
şirkətləri iştirak
edir. Bundan əlavə, sərgidə
Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə təmsil olunur”.
Sonra nazir Ramin Quluzadə və ziyarətçilər
sərgi ilə tanış olublar.
Sərgilər Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "TRACECA” Hökumətlərarası
Komissiyasının Daimi
Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK), Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondu (AzPROMO) və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
tərəfindən dəstəklənir.
Sərgilərin təşkilatçısı qismində "Caspian Event Organisers”
şirkəti çıxış
edir.
Azərbaycan.-
2019.-12 iyun.- S.5.