DGK-da Azərbaycan-BƏƏ
ticarət əməkdaşlığının genişlənməsində
gömrük orqanlarının rolu müzakirə edilib
İyunun 11-də Dövlət
Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev Dubay
Gömrüyünün Baş direktoru Əhməd Mahbub
Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Komitənin Mətbuat və
ictimaiyyətlə əlaqələr idarəsindən
AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev Azərbaycanın Birləşmiş
Ərəb Əmirlikləri ilə əlaqələrin
inkişafına böyük əhəmiyyət verdiyini
bildirib, ikitərəfli əməkdaşlığın
hazırkı səviyyəsindən razılıqla söhbət
açıb.
O qeyd edib ki, iki ölkə
arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir
və Azərbaycan, eyni zamanda, Dubay Əmirliyi ilə tərəfdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsində
maraqlıdır.
DGK sədri Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə aparılan
quruculuq və inkişaf proseslərindən, xüsusilə
qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata
keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan
iqtisadiyyatının formalaşmasında mühüm rolu olan
gömrük işinin daha səmərəli və şəffaf
şəkildə qurulması istiqamətində həyata
keçirilən tədbirlər barədə də məlumat
verən S.Mehdiyev bu islahatların iş adamlarının
çevik və səmərəli fəaliyyəti
üçün mühüm imkanlar yaratdığını
deyib.
Azərbaycan və Birləşmiş
Ərəb Əmirlikləri arasında ticarət əməkdaşlığından
da söhbət açan komitə sədri bu əlaqələrin
genişlənməsində gömrük orqanlarının da
üzərinə mühüm vəzifələrin
düşdüyünü bildirib. O, hər iki ölkənin
gömrük xidmətlərinin qarşılıqlı
münasibətlərindən, gələcək perspektivlərdən
bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi
üçün qarşılıqlı fəaliyyətin, təcrübə
mübadiləsinin əhəmiyyətini önə çəkib.
Dubay Gömrüyünün
Baş direktoru isə ölkəsinin Azərbaycanla əlaqələrin
inkişafına önəm verdiyini, bu əlaqələrin
qarşılıqlı hörmət və dostluğa əsaslandığını
deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli
siyasi əlaqələrin iqtisadi əməkdaşlığın
inkişafına geniş imkanlar açdığını
vurğulayıb, ikitərəfli əlaqələrdə
müsbət dinamikanın müşahidə edilməsinin və
əməkdaşlığın davamlı şəkildə
genişlənməsinin sevindirici hal olduğunu bildirib.
Azərbaycan və Birləşmiş
Ərəb Əmirlikləri arasında bütün sahələrdə
əməkdaşlığın uğurla davam etdirildiyini qeyd
edən Əhməd Mahbub Musabih bununla belə əlaqələrin
genişləndirilməsi üçün böyük
potensialın olduğunu diqqətə çatdırıb. O,
bir sıra sahələrlə yanaşı, gömrük xidməti
sahəsində də əlaqələrin genişləndirilməsinin
iki ölkə arasında əməkdaşlığın
inkişafı baxımından səmərəli
olacağını deyib.
Sonra görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.-12 iyun.- S.5.