Respublika Günü
və Azərbaycanın
diplomatik xidmətinin
100 illiyi Vaşinqtonda
təntənəli şəkildə
qeyd olunub
Vaşinqtondakı tarixi və mötəbər
"Endryu Melon Auditorium”da
28 May - Respublika Günü
və Azərbaycanın
diplomatik xidmətinin
100 illiyi münasibətilə
təntənəli ziyafət
təşkil edilib. Təxminən min nəfərin
qatıldığı ziyafətdə
ABŞ Prezidenti Administrasiyasının,
Dövlət Departamentinin
və Pentaqonun rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri,
habelə Vaşinqtondakı
diplomatik korpusun, düşüncə mərkəzlərinin,
müxtəlif ştatlardan
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbirdə Türkiyənin ədliyyə
naziri Əbdülhamit
Gül, habelə Azərbaycanla tərəfdaşlıq
edən Oklahoma Milli Qvardiyasının nümayəndə
heyəti də iştirak edib.
Tədbirin əvvəlində tanınmış
müğənni Devid
Difranko Azərbaycanın
və ABŞ-ın Dövlət himnlərini ifa edib.
Sonra səfir Elin Süleymanov çıxış edərək
2019-cu ildə müsəlman
Şərqində ilk demokratik
respublika - Azərbaycan
Xalq cümhuriyyətinin
101-ci ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin qısa
müddət yaşamasına
baxmayaraq, Azərbaycan
xalqı üçün
zəngin irs və gələcəyə
yönəlik arzular yaratdığını və
bunun əsasında
1991-ci ildə Azərbaycan
xalqının müstəqilliyini
bərpa etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham
Əliyevin fikrini diqqətə çatdıran
diplomat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları
yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdilər.
Səfir, həmçinin Azərbaycan
diplomatik xidmətinin
100-cü ildönümü ilə bağlı ölkəmizin bütün
diplomatlarını təbrik
edib, ölkəmizin Prezidentinin rəhbərliyi
ilə diplomatik xidmətin Azərbaycanın
güclənməsinə xidmət
etdiyini vurğulayıb.
Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına
toxunaraq ölkələrimiz
arasında qarşılıqlı
hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq
həyata keçirildiyini
söyləyib. Ölkəmizin həyata keçirdiyi
irimiqyaslı enerji layihələrinə ABŞ-ın
dəstəyini xatırladan
səfir ABŞ tərəfinə
təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Respublika
Günü münasibətilə
ABŞ prezidenti Donald Tramp və
Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini xatırladıb.
Ziyafətdə əsas
natiq qismində çıxış edən
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində
ilk respublika olduğunu,
bu respublikanın irsi əsasında hazırda Azərbaycanın
Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradıcılarının Azərbaycanın bugünkü
nailiyyətləri ilə
fəxr edə biləcəyinə dair dövlətimizin başçısının
fikrini səsləndirib.
Hazırda Azərbaycanın
ABŞ-ın etibarlı
və strateji tərəfdaşı olduğunu
qeyd edən Hikmət Hacıyev ölkəmizin əsgərlərinin
beynəlxalq sülhə
töhfə verdiklərini
və amerikalı əsgərlərlə çiyin-çiyinə
xidmət apardıqlarını
vurğulayıb. Şöbə müdiri Azərbaycanın
diplomatik xidmətinin
100 illiyi ilə bağlı da təbriklərini çatdırıb.
ABŞ müdafiə
katibinin köməkçisinin
müavini Laura Kuper çıxış edərək
ölkəmizi Respublika
Günü və diplomatik xidmətin 100 illiyi ilə bağlı təbrik edib. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu
vurğulayaraq ölkəmizin
Əfqanıstanda və
terrorçuluğa qarşı
mübarizə sahəsində
göstərdiyi dəstəyin
həm regional, həm
də qlobal sülhə əhəmiyyətli
töhfə olduğunu
bildirib. L.Kuper ABŞ-ın Azərbaycanla
strateji tərəfdaşlığını
davam etdirmək əzmini ifadə edib.
Daha sonra çıxış edən
ABŞ Dövlət katibinin
köməkçisinin müavini
Corc Kent 101 il
bundan əvvəl Şərqin ilk respublikasının
Azərbaycan xalqı tərəfindən yaradıldığını
vurğulayıb, bu mütərəqqi dövlətin
qadınlara seçki
hüququ verdiyini xatırladıb. O, Respublika
Günü və diplomatik xidmətin 100 illiyi münasibətilə
Azərbaycanı təbrik
edib. C.Kent ABŞ-ın Azərbaycanla
strateji tərəfdaşlıq
həyata keçirdiyini
önə çəkərək
ölkələrimiz arasında
bir sıra sahələrdə aparılan
əməkdaşlığı qeyd edib. O, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın
gücləndirilməsi üçün
ölkəsinin əzmini
ifadə edib.
ABŞ milli qvardiyasının komandan müavini, üçulduzlu
general Daniel Hokanson çıxış
edərək Azərbaycanla
tərəfdaşlığın vacibliyini qeyd edib, Pentaqon, o cümlədən Oklahoma Milli
Qvardiyası ilə aparılan fəaliyyətə
toxunub. Eyni zamanda, Oklahoma ştatının
qubernatorunun 28 may tarixinin
Oklahomada Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatı
səsləndirilib.
Tədbirdə ABŞ Konqresində Azərbaycanla
dostluq qrupunun həmsədri Stiv Şabot çıxış
edərək Azərbaycanı
28 May - Respublika Günü
ilə bağlı təbrik edib və ölkəmizin əhəmiyyətli rolunu
vurğulayıb.
Konqresmen Dunkan Hanter Azərbaycanın
Əfqanıstanda bəzi
NATO müttəfiqlərindən daha çox əsgərinin olduğunu
vurğulayaraq ölkəmizin
ABŞ-ın etibarlı
tərəfdaşı olduğunu
vurğulayıb və
buna görə də Azərbaycan dövlətinə təşəkkürünü
ifadə edib.
ABŞ Dövlət
Departamentinin antisemitizmə
qarşı mübarizə
üzrə xüsusi nümayəndəsi Elan Kar Azərbaycanda heç zaman antisemitizmin olmadığını
bildirərək Birləşmiş
Ştatların Azərbaycan
kimi dövlətlə
tərəfdaşlığından qürur duyduğunu və ölkəmizin nəinki regionda, hətta bütün dünyada nümunə rolunu oynadığını
vurğulayıb.
Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq
Komissiyasının həmsədri,
ABŞ Dövlət katibinin
köməkçisi vəzifəsini
icra edən Peter Has da Azərbaycan tərəfinə öz təbriklərini çatdırıb.
Daha sonra Vaşinqton şəhərinin
aid olduğu Kolumbiya dairəsinin katibi Kimberli Basset 2019-ci il 28 may tarixinin
ABŞ paytaxtında Azərbaycan
Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş
bəyanatın mətnini
oxuyub.
Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim
edilib, eləcə də Azərbaycandan təşrif buyurmuş
"Şur” musiqi qrupunun ifasında milli və dünya
musiqi parçaları
səsləndirilib.
AZƏRTAC
Azərbaycan.- 2019.-13 iyun.- S.5.