Beynəlxalq konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzə dinlənilib

 

Polşanın Varşava Universitetində "İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, konfransın təşkilatçıları Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və universitetin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir. Tədbir Azərbaycanın Polşadakı səfirliyi, Tarix

İnstitutuXarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.

Konfransın açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, həmin fakültənin TürkologiyaOrta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər. Səfir Həsən Həsənov çıxışında Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb.

Açılışda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər: "Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan "26-lar”ın tarixini saxtalaşdırıb. O bildirirdi ki, guya Hindistanın Milli Arxivində olubŞaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyanoğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.

Pyotr Taraxa Varşava Universiteti ilə Tarix İnstitutu arasında elmi əlaqələrin inkişafına görə Yaqub Mahmudova təşəkkür məktubu təqdim edib.

Beynəlxalq konfransda Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov "Azərbaycanlıların Ermənistan SSR ərazilərindən - tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katib İradə Əliyeva "Şimal-Qərbi Azərbaycanda çar Rusiyasının zorakı dini siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Bundan başqa, polyak alimlərinin "Xocalı soyqırımına dünyanın reaksiyası”, "Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Vrotslav Universitetində "Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkonun xatirə lövhəsini ziyarət ediblər.

 

Azərbaycan.- 2019.-13 iyun.- S.6.