Mehriban Əliyeva 2 nömrəli Uşaq
İncəsənət Məktəbinin təmiri ilə
bağlı göstəriş verdi
İyunun 13-də Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli
Uşaq İncəsənət
Məktəbindəki şəraitlə
tanış olub.
AZƏRTAC xəbər
verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi.
Bildirildi ki, bu təhsil
müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi
kimi fəaliyyətini
davam etdirib və burada əlavə şöbələr
açılıb.
Qeyd edildi ki, Vaqif Mustafazadə
adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini
bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə
böyük töhfələr
vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.
Hazırda məktəbdə
fortepiano, skripka, gitara,
klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq,
xoreoqrafiya ixtisasları,
nəzəriyyə və
tədris köməkçi
fənləri ixtisası
üzrə 385 şagird
təhsil alır. Onların təlim-tərbiyəsi ilə
78 müəllim məşğul
olur.
Diqqətə çatdırıldı ki,
Azərbaycanın Əməkdar
artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə
məktəbin fortepiano şöbəsində
təhsil alıb. Bu məktəbin şagirdləri
müxtəlif respublika
və beynəlxalq müsabiqələrdə, festivallarda
uğurla iştirak edərək yüksək
nəticələr əldə
edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı
təmir edilməyib.
Birinci vitse-prezident
Mehriban Əliyeva məktəbdə müvafiq
təmir-bərpa işlərinin
aparılmasına dair
göstəriş verdi.
Azərbaycan.- 2019.-14 iyun.- S.2.