Heydər Əliyev Fondunun təşəbbüsü
ilə müasir tipli
200 yerlik körpələr evi-uşaq bağçası tikilib
İyunun 13-də Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq
bağçası üçün
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa edilən yeni binanın açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak
edib.
Məktəbəqədər təhsil
ocağında yaradılan
şəraitlə tanış
olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 2 korpusdan
ibarət 11 saylı körpələr evi-uşaq
bağçası müasir
tələblərə cavab
vermədiyindən mövcud
150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə
müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası
tikilib. Körpələr evi-uşaq bağçasının
inşasına 2018-ci ilin
mayında başlanılıb.
Tikinti işləri yüksək
səviyyədə həyata
keçirilib.
Bildirildi ki, yeni binada komplektləşdirilmiş
qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin
digər otaqlar var. İkimərtəbəli məktəbəqədər
təhsil müəssisəsinin
otaqları və dəhlizləri uşaqların
sevimli nağıl qəhrəmanlarının şəkilləri
ilə bəzədilib,
qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində
6-sı Azərbaycan, 4-ü isə rusdilli bölmə olmaqla ümumilikdə 10 qrup fəaliyyət göstərəcək.
Körpələr evi-uşaq bağçasında
bir yaşdan 6 yaşadək 200 uşağın
təlim-tərbiyəsi ilə
46 nəfərdən ibarət
peşəkar heyət
məşğul olacaq.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən
yüksək səviyyədə
təşkili, onların
sağlamlığının qorunması və vətənpərvər, savadlı
şəxsiyyətlər kimi
yetişmələri istiqamətində
Azərbaycan dövləti
çox mühüm layihələr həyata keçirir. Bu işlərə
Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.
On bir saylı körpələr
evi-uşaq bağçasının
yerləşdiyi ərazidə
və ətrafda genişmiqyaslı abadlıq-quruculuq
işləri görülüb,
yaşıllıqlar salınıb,
işıqlandırma sistemi
quraşdırılıb. Burada
balacaların istirahəti üçün
oyun və idman
avadanlığı da var.
Bir sözlə, müəssisədə
balacaların vaxtlarını maraqlı və səmərəli
keçirmələri üçün hərtərəfli
şərait yaradılıb.
Azərbaycan.- 2019.-14 iyun.- S.2.