Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif edilsinlər:

 

"Tərəqqi” medalı ilə

 

Dadaşova Xəyalə Xalıqverdi qızı

Əbdüləliyev Qalib Hümmət oğlu

Əbdüləzimov Asif Hilal oğlu

Kərimov Zaur Rəvvaq oğlu

Piriyev Mansur Şahmar oğlu

Şərifov Əziz Əşrəf oğlu

 

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Mərdiyev Fuad Məharət oğlu

Salamov Emin Müzəffər oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il

 

Azərbaycan. -2019.-14 iyun.- S.2.