“Hərbi vəzifə və hərbi xidmət
haqqında”, “Lisenziyalar və icazələr
haqqında”, “Məktəbəqədər təhsil
haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 15-ci və 18-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
1. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə
496, ¹ 7, maddə 821; 2016, ¹ 6, maddələr 999, 1007; 2017, ¹ 10, maddə 1769; 2018, ¹ 7 (I kitab),
maddə 1425; ¹ 11, maddələr
2204, 2205) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 21.1.4-cü maddəyə
"doktoranturada” sözündən
sonra "(adyunkturada)”
sözü əlavə
edilsin və "ali baza” sözləri
"əsas (baza ali)” sözləri
ilə əvəz edilsin;
1.2. 21.1.5-ci maddəyə
"doktorantura” sözündən
sonra "(adyunktura)” sözü əlavə edilsin və "ali baza” sözləri
"əsas (baza ali)” sözləri
ilə əvəz edilsin.
2. "Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il
15 mart tarixli 176-VQ nömrəli
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 4, maddə
632, ¹ 12, maddələr 2017, 2036; 2017, ¹ 4, maddə 520, ¹ 5, maddə
743; 2018, ¹ 6, maddə 1187) 1 nömrəli əlavə
- "Lisenziya tələb
olunan fəaliyyət növlərinin (dövlət
təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 5.1-ci maddəyə
"məktəbəqədər” sözündən əvvəl
"dövlət məktəbəqədər
təhsil müəssisələri
istisna olmaqla,” sözləri əlavə
edilsin;
2.2. 5.2-ci maddəyə
"ümumi” sözündən
əvvəl "dövlət
ümumi təhsil müəssisələri istisna
olmaqla,” sözləri
əlavə edilsin.
3. "Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 6, maddə
1012) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 6.2-ci maddəyə
"şərti ilə”
sözlərindən sonra
"Təhsil haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq” sözləri əlavə edilsin;
3.2. aşağıdakı
məzmunda 11.12-ci və
12.1-1-ci maddələr əlavə
edilsin:
"11.12. Məktəbəqədər
təhsil müəssisələrində
"Təhsil haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur.”;
"12.1-1. Təsisçiləri
əcnəbilər və
ya vətəndaşlığı
olmayan şəxslər,
xarici hüquqi şəxslər olan məktəbəqədər təhsil
müəssisələrinin tərbiyəçi-müəllim heyətinin tərkibində
Azərbaycan Respublikasının
vətəndaşları sayca
üstünlük təşkil
etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə,
say nisbəti dəyişdirilə
bilər.”;
3.3. 13.1-ci maddəyə
"Respublikasında” sözündən
sonra "dövlət
məktəbəqədər təhsil müəssisələri
istisna olmaqla,” sözləri əlavə
edilsin;
3.4. 13.4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"13.4. Məktəbəqədər
təhsil müəssisəsinin
akkreditasiyası təhsil
müəssisəsinin fəaliyyətinin
qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun
yoxlanılması məqsədi
ilə aparılır
və təhsil müəssisəsinin statusunun,
təhsilalanların say həddinin
müəyyən edilməsi,
onun fəaliyyətinin
növbəti müddətə
uzadılması üçün
hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası
hər 5 ildən bir həyata keçirilir.”.
4. "Peşə
təhsili haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1152) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.3-cü maddəyə
"təhsilalanların” sözündən
əvvəl "peşə
təhsilinin hər bir səviyyəsində” sözləri əlavə
edilsin;
4.2. 16.5-ci maddədə
"yaradılır” sözü
"yaradıla bilər”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2019-cu il
Azərbaycan.- 2019.-14 iyun.- S.7.