Azərbaycan Respublikasının
Su Məcəlləsində, Azərbaycan Respublikasının
Meşə Məcəlləsində, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər
tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Su Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 135;
1999, ¹ 8, maddə 476; 2002, ¹ 5, maddə 237; 2003, ¹ 1, maddə 10;
2004, ¹ 2, maddə 57; 2006, ¹ 11, maddə 923; 2007, ¹ 5, maddə
436, ¹ 10, maddə 938; 2008, ¹ 2, maddə 47; 2015, ¹ 2, maddə 72,
¹ 4, maddə 357; 2017, ¹ 9, maddə 1631; 2019, ¹ 1, maddə 20)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 23-cü maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Bu proqramların layihələrinə
dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.”;
1.2. 27-ci maddədə
"aparılan” sözü "tikinti layihələrinin
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır və həmin sənədin”
sözləri ilə, "Azərbaycan Respublikasının
qanunvericiliyi” sözləri "Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri
ilə əvəz edilsin;
1.3. 94-cü maddənin
dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
"Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və digər
obyektlərin tikinti layihələrinin "Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır və həmin sənədin
dövlət ekoloji ekspertizası aparılır.”;
1.4. aşağıdakı
məzmunda beşinci-yeddinci hissələr əlavə edilsin:
"Suların vəziyyətinə təsir
edən mövcud müəssisələr, qurğular və
digər obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olduqda, həmin
obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən sənədlərdə (atıla bilən
tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi
(BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi
aktların tələbləri nəzərə alınmaqla
müvafiq dəyişikliklər edilir.
Suların vəziyyətinə təsir
edən mövcud müəssisələrin, qurğuların və
digər obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olmadıqda və ya
ilkin layihədə nəzərdə tutulandan fərqli
texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin
obyektlərə dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır
.
Suların vəziyyətinə təsir
edən müəssisələrə, qurğulara və digər
obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll edilir.”.
Maddə 2. Azərbaycan
Respublikasının Meşə Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 139;
1999, ¹ 8, maddə 476; 2004, ¹ 11, maddə 902; 2007, ¹ 5, maddə
436; 2008, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə 274; 2012, ¹ 6, maddə
496; 2016, ¹ 6, maddə 989; 2016, ¹ 12, maddə 2007; 2017, ¹ 3, maddə
343) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 36-cı maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Meşələrin vəziyyətinə
və bərpasına təsir edən, habelə bu Məcəllənin
37-ci maddəsində nəzərdə tutulan obyektlərin
tikinti layihələrinin "Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada
ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır və həmin sənəd
dövlət ekoloji ekspertizasından keçirilməklə
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılır.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən mövcud obyektlər ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və
ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların və
texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişikliklər edilir.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən mövcud obyektlərin fəaliyyəti
zamanı təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən obyektlərə dair ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll edilir.”;
2.2. 41-ci maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Bu proqramların layihələrinə
dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.”;
2.3. 43-cü maddənin
üçüncü hissəsinin üçüncü
cümləsi aşağıdakı redaksiyada verilsin:
"Həmin layihələr
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada təsdiq edilir və bu Məcəllədə nəzərdə
tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədlərinin hazırlanması, meşə
təsərrüfatının aparılması, onun cari və
perspektiv proqnozlaşdırılması, habelə meşə
təsərrüfatı işlərinin maliyyələşdirilməsi
üçün əsasdır.”;
2.4. 54-cü maddənin ikinci hissəsinə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Böyük ərazilərdə
irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti
üzrə layihələrin "Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.”;
2.5. 67-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Böyük ərazilərdə
(5 ha-dan çox olan) meşələrin irimiqyaslı
qırılması fəaliyyəti üzrə layihələrə
dair layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.”.
Maddə 3. Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 478;
2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1,
maddə 11, ¹ 6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹ 2, maddə
59, ¹ 6, maddə 415, ¹ 10, maddə 761; 2006, ¹ 2, maddə 67, ¹ 6,
maddə 478, ¹ 8, maddə 657, ¹ 11, maddə 932; 2007, ¹ 1, maddə
3, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 460, ¹ 8,
maddə 707, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36; 2012, ¹ 6,
maddə 497; 2013, ¹ 6, maddə 621; 2015, ¹ 3, maddə 244, ¹ 4, maddə
358, ¹ 10, maddə 1094; 2016, ¹ 1, maddələr 24, 27, ¹ 4, maddə
639; 2017, ¹ 1, maddə 24, ¹ 7, maddə 1301, ¹ 12 (I kitab), maddə
2271; 2018, ¹ 5, maddə 890, ¹ 6, maddələr 1184, 1185; 2019, ¹ 1,
maddə 34; Azərbaycan Respublikasının 2019-cu il 5 mart
tarixli 1526-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 39-cu maddəyə
aşağıdakı məzmunda 4-cü hissə əlavə
edilsin:
"4. Torpaq ehtiyatlarının
istifadəsi üzrə strateji sənədlərin layihələrinin
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ)
aparılmalıdır.”;
3.2. 58-ci maddənin 1-ci hissəsində
"təbiətin” sözü "ətraf mühitin”
sözləri ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9,
maddə 838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165;
2015, ¹ 5, maddə 503; 2016, ¹ 2 (II kitab), ¹ 11, maddə 1773, ¹ 12,
maddə 2010; 2017, ¹ 2, maddə 154, ¹ 5, maddə 755, ¹ 6, maddə
1019, ¹ 6, maddə 1043; 2018, ¹ 3, maddə 373, ¹ 5, maddələr
837, 850, ¹ 12 (I kitab), maddə 2535; 2019, ¹ 1, maddə 23; Azərbaycan
Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli
və 5 mart tarixli 1525-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 20.3-cü maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Ərazi
planlaşdırılması sənədlərinin strateji və
ya dəqiq layihələndirilməsindən asılı olaraq
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada həmin sənədlərə dair strateji
ekoloji qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət ekoloji
ekspertizası aparılır.”;
4.2. 22.3.3-cü maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
22.3.4-cü maddə əlavə edilsin:
"22.3.4. strateji
ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin
sənədin dövlət ekoloji ekspertizasının rəyi.”;
4.3. 23.3.3-cü maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
23.3.4-cü maddə əlavə edilsin:
"23.3.4. strateji
ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin
sənədin dövlət ekoloji ekspertizasının rəyi.”;
4.4. 75.3.3-cü maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
75.3.4-cü maddə əlavə edilsin:
"75.3.4. "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən
fəaliyyət növləri üzrə layihələrin ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi
və həmin sənədin dövlət ekoloji
ekspertizasının rəyi.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2019-cu il
Azərbaycan.- 2019.-14 iyun.- S.7.