“Meliorasiya və
irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi
haqqında”, “Balıqçılıq haqqında”,
“Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər
tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Meliorasiya və
irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3,
maddə 169; 2002, ¹ 5, maddə 237; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə
202, ¹ 6, maddə 398; 2007, ¹ 11, maddə 1048; 2015, ¹ 10, maddə
1098; 2016, ¹ 11, maddə 1750; 2017, ¹ 5, maddə 683, ¹ 11, maddə
1950; 2018, ¹ 1, maddə 10, ¹ 2, maddə 165)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan meliorasiya və
irriqasiya sistemlərinin layihələrinin "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) aparılmalıdır.”;
1.2. 18-ci maddə üzrə:
1.2.1. ikinci hissə
aşağıdakı redaksiyada verilsin:
"Meliorasiya və irriqasiya
sahəsində dövlət ekoloji ekspertizasının
keçirilməsi üçün aşağıdakı fəaliyyət
növləri üzrə layihələrin "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi
əlavə edilir:
çay hövzələri
arasında su resurslarının bölüşdürülməsi;
su mənbələrindən istifadə
(il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən
artıq olduqda), eləcə də uzunluğu 20 km-dən,
diametri 500 mm və daha çox olan su boru kəmərlərinin
tikintisi;
hündürlüyü 15 metr və daha yüksək
olan su bəndlərinin, su anbarlarının və başqa su
tutumlarının (rezervuarların) tikintisi;
əhatə etdiyi sahə 1000 ha-dan
çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə
də magistral suvarma kanalları və kollektorların
tikintisi.”;
1.2.2. aşağıdakı
məzmunda üçüncü-beşinci hissələr əlavə
edilsin:
"Mövcud meliorasiya və
irriqasiya sistemləri ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olduqda, həmin
sistemlərin yenidən qurulması və ya həmin sistemlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin sistemlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən sənədlərdə (atıla bilən
tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi
(BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi
aktların tələbləri nəzərə alınmaqla
müvafiq dəyişikliklər edilir.
Mövcud meliorasiya və
irriqasiya sistemlərinin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
Meliorasiya və irriqasiya sistemlərinə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə həmin sistemlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll edilir.”.
Maddə 2. "Əhalinin radiasiya təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 138;
2003, ¹ 4, maddə 178; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 3, maddə
223; 2017, ¹ 1, maddə 26) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 8-ci maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində dövlət
proqramlarının layihələrinə dair "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası Qanununda tutulmuş qaydada strateji
ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.”;
2.2. 10-cu maddəyə
aşağıdakı məzmunda
üçüncü-altıncı hissələr əlavə
edilsin:
"Radioaktiv və
ionlaşdırıcı şüalar verən maddələrin
tullantılarının zərərsizləşdirilməsi
(basdırılması), emalı müəssisələrinin,
habelə bu məqsədlə qurğuların və
poliqonların layihələrinin "Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır və həmin sənədin
dövlət ekoloji ekspertizası aparılır.
Radioaktiv və
ionlaşdırıcı şüalar verən maddələrin
tullantılarının zərərsizləşdirilməsi
(basdırılması), emalı sahəsində mövcud
müəssisələr, habelə bu fəaliyyətlə
bağlı digər obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və
ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin obyektlərə
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların və
texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişikliklər edilir.
Radioaktiv və
ionlaşdırıcı şüalar verən maddələrin
tullantılarının zərərsizləşdirilməsi
(basdırılması), emalı sahəsində mövcud
müəssisələrin, habelə bu fəaliyyətlə
bağlı digər obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
Radioaktiv və
ionlaşdırıcı şüalar verən maddələrin
tullantılarının zərərsizləşdirilməsi
(basdırılması), emalı sahəsində müəssisələrə,
habelə bu fəaliyyətlə bağlı digər obyektlərə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”;
2.3. 13-cü maddənin ikinci hissəsində
"qiymətləndirilməsi” sözündən sonra
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa və”
sözləri əlavə edilsin.
Maddə 3. "Balıqçılıq
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 362;
2002, ¹ 5, maddə 241; 2004, ¹ 2, maddə 57; 2007, ¹ 10, maddə
938; 2014, ¹ 8, maddə 959, ¹ 11, maddə 1366)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8-ci maddənin birinci hissəsinin
doqquzuncu abzasında "dövlət
balıqçılıq təsərrüfatı
ekspertizasının keçirilməsini təşkil etmək”
sözləri "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf
mühitə təsirin qiymətləndirilməsinin
aparılması tələb olunmayan, lakin dövlət ekoloji
ekspertizasının obyekti olan layihələrin dövlət
ekoloji ekspertizasını keçirmək” sözləri ilə
əvəz edilsin;
3.2. 18-ci maddənin
dördüncü hissəsinə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Bu proqramların layihələrinə
dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.”;
3.3. 28-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 28. Balıqçılıq su
obyektlərinin vəziyyətinə təsir edə bilən
obyektlərin dövlət ekoloji ekspertizası
Balıqçılıq su obyektlərinin
vəziyyətinə təsir edə bilən müəssisələrin,
qurğuların və digər obyektlərin tikintisi və
yenidən qurulması layihələrinin müvafiq normativlərə,
texniki şərtlərə və tələblərə
uyğunluğunu müəyyən etmək məqsədilə
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanır və həmin sənədin
dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Balıqçılıq su obyektlərinin
vəziyyətinə mənfi təsir edən mövcud müəssisələr,
qurğular və digər obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və
ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin obyektlərə
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi
aktların tələbləri nəzərə alınmaqla
müvafiq dəyişikliklər edilir.
Balıqçılıq su
obyektlərinin vəziyyətinə mənfi təsir edən
mövcud müəssisələr, qurğular və digər
obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olmadıqda və ya
ilkin layihədə nəzərdə tutulandan fərqli
texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Balıqçılıq su obyektlərinin
vəziyyətinə mənfi təsir edən müəssisələr,
qurğular və digər obyektlərə dair ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 4. "Elektroenergetika haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 363;
2001, ¹ 11, maddə 696; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 1, maddə
12; 2006, ¹ 8, maddə 657; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 10, maddə
768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 261, ¹ 12, maddə
1090; 2016, ¹ 12, maddə 1990; 2018, ¹ 3, maddə 379)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 21-ci maddənin ikinci hissəsinə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Elektroenergetikanın
inkişafı proqramı layihələrinin "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ)
aparılır.”;
4.2. 22-ci maddəyə
aşağıdakı məzmunda dördüncü-yeddinci
hissələr əlavə edilsin:
"Elektroenergetika obyektlərinin
layihələndirilməsi zamanı "Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.
Elektroenergetika sahəsində
mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olduqda, həmin
obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən sənədlərdə (atıla bilən tullantı
həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH),
ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi
aktların tələbləri nəzərə alınmaqla
müvafiq dəyişikliklər edilir.
Elektroenergetika sahəsində
mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
Elektroenergetika sahəsində obyektlərə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 5. "Nəqliyyat haqqında”
Azərbaycan Respublikası Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 399;
2000, ¹ 7, maddə 486; 2001, ¹ 12, maddə 731; 2002, ¹ 5, maddə
241; 2008, ¹ 11, maddə 957; 2011, ¹ 7, maddə 610; 2014, ¹ 4, maddə
335; 2017, ¹ 12 (I kitab), maddə 2212) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 4-cü maddənin 2-ci hissəsinə
"Su Məcəlləsi” sözlərindən sonra ",
"Ətraf mühitin mühafizəsi haqqında” və
"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunları”
sözləri əlavə edilsin;
5.2. 6-cı maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Bu maddənin birinci hissəsinin
ikinci abzasında nəzərdə tutulan inkişaf
proqramlarının layihələrinin "Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ)
aparılır.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 may 2019-cu il
Azərbaycan. - 2019.-14 iyun.-
S.9.