“Ekoloji təhlükəsizlik
haqqında”, “Su təchizatı və
tullantı suları haqqında”, “Avtomobil
yolları haqqında”, “Ətraf mühitə dair
informasiya almaq
haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
20-ci bəndini rəhbər
tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Ekoloji
təhlükəsizlik haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
471; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 12, maddə
1211; 2013, ¹ 3, maddə 208; 2019, ¹ 1, maddə 20) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5-ci maddəyə
aşağıdakı məzmunda
3-cü hissə əlavə
edilsin:
"3. Bu maddənin
1-ci hissəsinin 1.3-cü bəndində
nəzərdə tutulan
dövlət proqramlarının
layihələrinə dair
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanmalı və
həmin sənədin
dövlət ekoloji ekspertizası aparılmalıdır.”;
1.2. 9-cu maddə üzrə:
1.2.1. 1-ci hissənin
1.1-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
"1.1. "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun əlavəsində
nəzərdə tutulmuş
fəaliyyət növləri
üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi
(ƏMTQ) tərtib edilmədən
və həmin sənədin dövlət
ekoloji ekspertizası keçirilmədən həyata
keçirilən fəaliyyət,
habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması
tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının
obyekti olan və dövlət ekoloji ekspertizasının
müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət;”;
1.2.2. 2-ci hissənin
2.1-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
"2.1. "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun əlavəsində
nəzərdə tutulmuş
fəaliyyət növləri
üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədə dair dövlət ekoloji ekspertizasının
rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən
təsərrüfat və
digər fəaliyyətə,
habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması
tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının
obyekti olan və dövlət ekoloji ekspertizasının
rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən
digər fəaliyyətə;”.
Maddə 2. "Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
2; 2007, ¹ 5, maddə 436; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 10, maddə
768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 263; 2012, ¹ 6, maddə
505; 2014, ¹ 6, maddə 617; 2016, ¹ 12, maddə 1992; 2018, ¹ 5, maddə
854) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 7-ci maddəyə
aşağıdakı məzmunda
5-ci hissə əlavə
edilsin:
"5. Şəhərlərin
su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilmə
aparılmalıdır.”;
2.2. 44-cü maddənin
ikinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
"İstehsalat
və məişət
tullantı sularının
təmizlənməsi və
təkrar istifadəsi
üzrə layihələrin
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya müəssisəsi
ümumi istifadədə
olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini
nəzarətdə saxlamaq
məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır.
İstehsalat və məişət tullantı
sularının təmizlənməsi
və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən
mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə
təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ
hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
İstehsalat və məişət tullantı sularının
təmizlənməsi və
təkrar istifadəsi
sahəsində fəaliyyət
göstərən mövcud
obyektlərin fəaliyyəti
zamanı təbiətdən
istifadə şərtləri
ətraf mühitə
təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
İstehsalat və məişət tullantı
sularının təmizlənməsi
və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən
obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin obyektlərlə bağlı
transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”;
2.3. 56-cı maddənin
1-ci hissəsində "layihələndirilməsi”
sözündən əvvəl
"layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin obyektlərin” sözləri əlavə
edilsin.
Maddə 3. "Avtomobil
yolları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 125; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə
436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə
602; 2012, ¹ 6, maddə 506; 2013, ¹ 6, maddələr 599, 624; 2014, ¹ 4, maddə
341, ¹ 7, maddə 775; 2016, ¹ 2 (I kitab), maddə 200, ¹ 12, maddələr 1994, 1995; 2017, ¹ 5, maddə 720, ¹ 12 (I kitab), maddə 2229; 2018, ¹ 1, maddə
20, ¹ 11, maddə 2223; Azərbaycan
Respublikasının 2018-ci il
18 dekabr tarixli 1399-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 21-ci maddəyə
aşağıdakı məzmunda
7-ci hissə əlavə
edilsin:
"7. Bu maddənin
4-cü hissəsinin onuncu
abzasında nəzərdə
tutulmuş proqramların
layihələrinə dair
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirmə
(SEQ) sənədi hazırlanmalı
və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılmalıdır.”;
3.2. 40-1-ci maddənin
4-cü hissəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Magistral
avtomobil yollarının,
körpülərin, tunellərin
layihələrinin "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı
və həmin sənədin dövlət
ekoloji ekspertizası keçirilməlidir.”.
Maddə 4. "Ətraf
mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 4, maddə 171; 2006, ¹ 12, maddə 1005; 2016, ¹ 6, maddə
1009, ¹ 12, maddə 2012) 2-ci maddəsində
"Ətraf mühitin
mühafizəsi haqqında”,”
sözlərindən sonra
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında”,” sözləri
əlavə edilsin.
Maddə 5. "Aviasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 689; 2007, ¹ 12, maddə 1218; 2009, ¹ 12, maddə
948; 2011, ¹ 3, maddə 169; 2015, ¹ 1, maddə 10, ¹ 2, maddə
95; 2016, ¹ 10, maddə 1604; 2017, ¹ 3, maddə 338, ¹ 5, maddə
693; 2018, ¹ 10, maddə 1960, ¹ 12 (I kitab), maddə 2514) aşağıdakı məzmunda
9.8-1-ci maddə əlavə
edilsin:
"9.8-1. Hava
limanlarının layihələndirilməsi
zamanı "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) aparılmalıdır.
Mövcud hava limanları ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə
uyğun olduqda, həmin hava limanlarının yenidən
qurulması və ya həmin hava
limanlarında mövcud
qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf
mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ
hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
Mövcud hava limanlarının fəaliyyəti zamanı təbiətdən istifadə
şərtləri ətraf
mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə
dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) aparılmalıdır.
Hava limanlarına dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin hava limanlarında transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 6. "İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 12, maddə 1080; 2007, ¹ 8, maddə 756; 2010, ¹ 3, maddələr
171, 172; 2011, ¹ 3, maddə 162, ¹ 7, maddə 617; 2012, ¹ 5, maddə
405, ¹ 7, maddə 653; 2015, ¹ 2, maddə 81, ¹ 11, maddə
1291; 2016, ¹ 6, maddə 1009; 2017, ¹ 3, maddə 329; 2018, ¹ 7 (I kitab),
maddə 1419) 29.1.14-cü maddəsində
"və təhlükəli
ekoloji təsirlərə”
sözləri ", təhlükəli
ekoloji təsirlərə
və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2019-cu il
Azərbaycan.- 2019.-14 iyun.- S.10.