“İctimai
iştirakçılıq haqqında”, “Dəniz limanları
haqqında”, “Yaşıllıqların mühafizəsi
haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında həyata keçirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
20-ci bəndini rəhbər
tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İctimai
iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 1, maddə 1; 2016, ¹ 6, maddə 1009) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.0.4-cü və
1.0.5-ci maddələrə "vətəndaş cəmiyyəti
institutlarının” sözlərindən
əvvəl "hüquqi
şəxslər və”
sözləri əlavə
edilsin;
1.2. 7.1.10-cu maddədə
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 7.1.11-ci maddə
əlavə edilsin:
"7.1.11. ətraf mühitə
təsirin qiymətləndirilməsi
(ƏMTQ) və strateji
ekoloji qiymətləndirilmə
(SEQ) ilə bağlı
ictimai dinləmə təşkil etmək, habelə ictimai ekoloji ekspertizanı "Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirmək və onun nəticələri barədə aidiyyəti üzrə məlumat vermək.”;
1.3. 12-ci maddəyə
"vətəndaş cəmiyyəti
institutları” sözlərindən
əvvəl "hüquqi
şəxslər,” sözləri
əlavə edilsin;
1.4. 15.1-ci və
15.2-ci maddələrə "Vətəndaş cəmiyyəti
institutları” sözlərindən
sonra "və hüquqi şəxslər”
sözləri əlavə
edilsin.
Maddə 2. "Dəniz
limanları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 5, maddə
464) aşağıdakı məzmunda 5.3-5.6-cı maddələr
əlavə edilsin:
"5.3. Dəniz
ticarət limanlarının,
eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli
və ağırlığı
1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr
istisna olmaqla) layihələndirilməsi zamanı
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi
hazırlanmalı və
həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.
5.4. Bu Qanunun
5.3-cü maddəsində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud
qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf
mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ
hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
5.5. Bu Qanunun
5.3-cü maddəsində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti
zamanı təbiətdən
istifadə şərtləri
ətraf mühitə
təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
5.6. Bu Qanunun
5.3-cü maddəsində nəzərdə
tutulan obyektlərə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin sistemlərlə bağlı
transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
Maddə 3. "Yaşıllıqların
mühafizəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 6, maddə
606; 2017, ¹ 12 (I kitab), maddə
2208; 2018, ¹ 3, maddə 402, ¹ 10, maddə 1964) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 13.1.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"13.1.2. "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə
(SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin
dövlət ekoloji ekspertizasının müsbət
rəyi olan ərazi planlaşdırılması
sənədlərində nəzərdə
tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması
tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının
obyekti olan və dövlət ekoloji ekspertizasının
müsbət rəyi olan layihə həyata keçirildikdə;”;
3.2. 20.4.3-cü maddəyə
"ekspertizasını” sözündən
sonra "Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq” sözləri əlavə
edilsin.
Maddə 4. "Tikinti
və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 633; 2019, ¹ 1, maddə 30) aşağıdakı
məzmunda 3.4-3.7-ci maddələr
əlavə edilsin:
"3.4. Bu maddədə
nəzərdə tutulan
tikinti və infrastruktur obyektləri və onlara oxşar obyektlərin layihələndirilməsi "Ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun əlavəsində
nəzərdə tutulmuş
fəaliyyət növlərinə
aid olduqda bu obyektlərə dair ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı
və həmin sənədin dövlət
ekoloji ekspertizası keçirilməlidir.
3.5. Bu Qanunun
3.4-cü maddəsində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud
qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ətraf
mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla
bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ
hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla
müvafiq dəyişikliklər
edilir.
3.6. Bu Qanunun
3.4-cü maddəsində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti
zamanı təbiətdən
istifadə şərtləri
ətraf mühitə
təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
3.7. Bu Qanunun
3.4-cü maddəsində nəzərdə
tutulan obyektlərə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən
onların transsərhəd
təsiri müəyyən
edildikdə, həmin obyektlərlə bağlı
transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2019-cu il
Azərbaycan.- 2019.-14 iyun.-
S.10.