“Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan
Respublikasının Meşə Məcəlləsində, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1578-VQD
nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci
bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Su Məcəlləsində,
Azərbaycan Respublikasının
Meşə Məcəlləsində,
Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 3 may tarixli
1578-VQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Su Məcəlləsində,
Azərbaycan Respublikasının
Meşə Məcəlləsində,
Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Su Məcəlləsində, Azərbaycan Respublikasının
Meşə Məcəlləsində,
Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Azərbaycan Respublikasının Su Məcəlləsinin
94-cü maddəsinin 5-ci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin
Məcəllənin 94-cü maddəsinin 5-ci hissəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur;
3.3. Azərbaycan Respublikasının Meşə
Məcəlləsinin 36-cı maddəsinin 1-ci və 2-ci
hissələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
3.4. həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.5. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci və 2-ci hissələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun
2019-cu il
Azərbaycan.- 2019.- 14 iyun.-
S.7.