Meliorasiyairriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Meliorasiya irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında "Nəqliyyat haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Meliorasiya irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında "Nəqliyyat haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Meliorasiya irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında "Nəqliyyat haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. "Meliorasiya irriqasiya haqqındaAzərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.3. "Əhalinin radiasiya təhlükəsizliyi haqqındaAzərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.4. həmin Qanunun 10-cu maddəsinin 4-cü hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.5. "Balıqçılıq haqqındaAzərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 1-ci 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.6. həmin Qanunun 28-ci maddəsinin 1-ci 2-ci hissələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.7. "Elektroenergetika haqqındaAzərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.8. həmin Qanunun 22-ci maddəsinin 5-ci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.- 14 iyun.- S.9.