Azərbaycan Respublikası Hökuməti ilə
Əfqanıstan İslam Respublikası
Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti
ilə Əfqanıstan
İslam Respublikası
Hökuməti arasında
informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında 2019-cu il martın 14-də Bakı şəhərində
imzalanmış Saziş
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Əfqanıstan
İslam Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyun 2019-cu il
Azərbaycan.- 2019.- 14 iyun.-
S.9.