Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında "İnformasiya əldə etmək haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında "İnformasiya əldə etmək haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında "İnformasiya əldə etmək haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. "Su təchizatı tullantı suları haqqındaAzərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.3. "Aviasiya haqqındaAzərbaycan Respublikası Qanununun 9.8-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.4. həmin Qanunun 9.8-1-ci maddəsinin 2-ci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.- 14 iyun.- S.10.