İctimai
iştirakçılıq haqqında, Dəniz limanları
haqqında, Yaşıllıqların mühafizəsi
haqqında və Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında həyata keçirilməsi
haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının 2019-cu il
3 may tarixli 1581-VQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İctimai
iştirakçılıq haqqında, "Dəniz limanları haqqında,
"Yaşıllıqların mühafizəsi haqqında
və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2019-cu il
3 may tarixli 1581-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İctimai
iştirakçılıq haqqında, "Dəniz limanları haqqında,
"Yaşıllıqların mühafizəsi haqqında
və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İctimai iştirakçılıq
haqqında, "Dəniz
limanları haqqında,
"Yaşıllıqların mühafizəsi haqqında
və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Dəniz
limanları haqqında
Azərbaycan Respublikası
Qanununun 5.4-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin
Qanunun 5.4-cü maddəsində
"orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur;
3.3. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında Azərbaycan
Respublikası Qanununun
3.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
3.4. həmin
Qanunun 3.5-ci maddəsində
"orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyun 2019-cu il
Azərbaycan.- 2019.- 14 iyun.-
S.10.