“Gələcəyə doğru”
adlı məzun gecəsinin iştirakçılarına
Əziz məzunlar!
Hər birinizi salamlayır və məzun olmağınız
münasibətilə ürəkdən
təbrik edirəm!
Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq
və qayğısız
məktəb illəri
ilə vidalaşırsınız.
Məktəbdən məzun olmaq hər bir insanda
təzadlı hisslər
doğurur. Bu gün
siz uzun illər təhsil aldığınız məktəbdən,
müəllimlərinizdən və sinif yoldaşlarınızdan
ayrılırsınız. Eyni zamanda, bu gündən
etibarən müstəqil
həyata, öz taleyinizi müəyyən
edəcək yeni və vacib bir
mərhələyə qədəm
qoyursunuz.
Müasir dünyada elm sürətlə
inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün
böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini
dərindən mənimsəmək
günümüzün tələbidir.
Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf
etdirmək, müxtəlif
sahələrdə yeni
ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.
Seçəcəyiniz peşədən asılı
olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza
məxsus nəcib dəyərləri qorumalı,
Azərbaycanın daha
da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən
etibarən verdiyiniz bütün qərarların,
atdığınız hər
bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir.
Əziz dostlar!
Təhsil hər bir millətin
tərəqqisinin, parlaq
gələcəyinin əsasını
təşkil edir. Bu sadə həqiqəti gözəl dərk edərək, dövlət
siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük
vəsait yatırılmaqdadır.
Əsas hədəfimiz savadlı və müasir düşüncəli gəncliyin
yetişməsidir. Çünki parlaq gələcəyimizi
qurmaq sizin üzərinizə düşəcəkdir.
Son illər
ərzində ölkəmiz
böyük inkişaf
yolu keçib. Nailiyyətlərimiz göz önündədir.
Lakin qarşıda bizi hələ yeni hədəflər gözləyir,
üzümüzə geniş
üfüqlər açılır.
Cənab
Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda
sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə
arxalanır. Gəlin
birlikdə vətənimiz
Azərbaycanın daha
da çiçəklənməsi
və qüdrətlənməsinə
dəstək olaq!
Bir daha sizi məzun
günü münasibətilə
təbrik edir, sonrakı təhsilinizdə
və fəaliyyətinizdə
yeni nailiyyətlər
arzu edirəm.
Yolunuz açıq
olsun!
Hörmətlə,
Mehriban ƏLİYEVA,
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti
Azərbaycan.-
2019.- 19 iyun.- S.1.