Dövlət Sərhəd Xidmətində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 

Dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində böyük təntənə ilə qeyd edilir.

Hərbi hissə bölmələrdə keçi­rilən seminarlarda, ədəbi-bədii gecələrdə elm incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak edirlər.

Bu tədbirlər çərçivəsində iyun ayının 17-də Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Neft-Kimya Prossesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı Şeyx Əbdül Mahmudbəyovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat yaradıcılığından ətraflı məlumat verilmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması məhz Dahi Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsi 1973-cü ildə  beynəlxalq miqyasda qeyd edilməsi xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin ildönümünün qeyd olunması, ötən il Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən  2019-cu ilin ölkəmizdəNəsimi ilielan olunması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı eyni zamanda bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi böyük minnətdarlıqla qåyd ådilmişdir.

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi İmadəddin Nəsiminin həyat yaradıcılığına həsr edilmiş bədii kompozisiya nümayiş etdirmişdir.

 

Azərbaycan.- 2019.-19 iyun.- S.5.