Əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
İyunun 17-də Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyeva ilə ölkəmizdə səfərdə
olan BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı
səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov
arasında görüş olub.
AZƏRTAC xəbər verir ki,
görüşdə ətraf mühitin mühafizəsi, iqlim
dəyişikliyi ilə mübarizə və davamlı
inkişaf məsələləri, bununla əlaqədar yerli və
regional səviyyədə görülən işlər və
irəli sürülən təşəbbüslər,
xüsusən də Xəzər dənizinin bioloji
resurslarının mühafizəsinə yönəlmiş səylər
müzakirə edilib.
Leyla Əliyeva IDEA-nın son illər
əldə etdiyi nailiyyətləri, hazırda həyata
keçirilən layihələri və gələcək
planları haqqında BMT rəsmisinə məlumat verib.
Tərəflər,
həmçinin ətraf mühit və
davamlı inkişaf məsələləri
üzrə BMT-nin xoşməramlı səfirləri
qismində həyata keçirdikləri fəaliyyət və əməkdaşlıq
perspektivləri ətrafında fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-
2019.-19 iyun.- S.6.