Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri Azərbaycana gəlib

 

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan parlamentinin sədrini hava limanında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

 

Azərbaycan.- 2019.- 20 iyun.- S.4.