Vaşinqtonda Azərbaycan ilə ABŞ
arasındakı ikitərəfli əlaqələr müzakirə
edilib
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.
Görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.
Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları müzakirə ediblər.
Görüşdə, həmçinin
geniş Yaxın Şərq bölgəsində
mövcud vəziyyət, eləcə də
qlobal gündəlikdə duran
və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2019.- 20 iyun.- S.4.