Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Yeyinti məhsulları haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 8; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 7; 2004, ¹ 1, maddə 6; 2007, ¹ 6, maddə 560; 2009, ¹ 2, maddələr 49, 55; 2011, ¹ 4, maddə 257; 2013, ¹ 11, maddə 1290; 2014, ¹ 11, maddə 1365; 2015, ¹ 11, maddə 1252; 2017, ¹ 5, maddələr 718, 747; 2018, ¹ 4, maddə 642, ¹ 12 (I kitab), maddə 2492) aşağıdakı məzmunda 7.5-ci maddə əlavə edilsin:

"7.5. Qida təhlükəsizliyi sertifikatının verilməsinə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, reyestrdən çıxarışın dublikatının verilməsinə reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə) görə "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

Maddə 2. "Baytarlıq haqqındaAzərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 682; 2007, ¹ 12, maddə 1218; 2008, ¹ 2, maddə 49, ¹ 5, maddə 344; 2009, ¹ 12, maddələr 948, 968; 2014, ¹ 10, maddə 1151; 2018, ¹ 4, maddə 640, ¹ 12 (I kitab), maddə 2490) 39.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə ya ətin, heyvan quş cəmdəklərinin digər məhsulların üzərinə nişanın qoyulmasına görə "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2019-cu il

 

Azərbaycan.- 2019.-20 iyun.- S.6.